BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    2.0054
  • RUB
    2.1663
  • TRY
    0.0427
  • GBP
    2.3364
51815

Adətən aldığımız məhsul və xidmətlərin dəyərini onlardan istifadəyə başlamamışdan əvvəl ödəməli oluruq. Hətta onların keyfiyyətli olub-olmadığından əmin olmadan belə.

Bəs əməkhaqqını necə, əvvəlcədən almaq mümkündür? Ümumiyyətlə, işçiyə maaş nə vaxt verilməlidir? Qanunla əməkhaqqı ödənişinin gecikdirilməsinə görə məsuliyyət nəzərdə tutulub? 

Aydın məsələdir ki, şəxs əməkhaqqını vaxtında aldıqda planlaşdırdığı xərcləmələrini etmək və ya borclarını vaxtında ödəmək imkanı əldə edir. Ödənişlərini vaxtında edə bilməmək isə şəxsi  planlaşdırdığı xərcləmələrdən məhrum etməklə yanaşı, əlavə zərərə (ödənişin gecikməsinə görə əlavə cərimə faizləri) gətirib çıxara bilər.  

“Qafqazinfo” xəbər verir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinə görə, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Lakin kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əməkhaqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. 

Məcəlləyə görə, əməkhaqqının verilməsi günü istirahət, iş günü hesab edilməyən bayram, səsvermə, həmçinin ümumxalq hüzn günlərinə təsadüf etdikdə, o həmin günlərdən əvvəlki gündə verilməlidir.

Bundan başqa, işçi işdən çıxarkən ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün almalıdır.

Eyni zamanda, işçinin əmək kitabçasının əmək müqaviləsinə xitam verildiyi gün verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə digər müəssisədə işə düzələ bilmədiyi bütün müddət üçün orta əməkhaqqı ödənilməlidir.

Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində isə deyilir ki, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq, işçiyə əməkhaqqını müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əməkhaqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. 

Qanunvericiliyə görə, əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc (əlavə ödəniş) verilməlidir. Məsələn, işçinin  aylıq əməkhaqqısı 1000 manatdır. İşəgötürənin təqsiri üzündən ödəniş 20 gün gecikərsə işçiyə əməkhaqqı ilə yanaşı, 200 manat da ödənc verilməlidir.    

Burada “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əməkhaqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əməkhaqqının ödənilməsi nəzərdə tutulur. Bank tərəfindən əməliyyatların düzgün aparılmaması, müəssisəyə olan borcların ödənilməməsi nəticəsində işçilərin əməkhaqqını vaxtında verməyə işəgötürənin imkanı olmadığı hallar isə bura aid edilmir.

Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında deyilir ki, əməkhaqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Yəni, “hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. 

Qərarda bildirilir ki, əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əməkhaqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əməkhaqqını ödəməli olduğu barədə razılığa gəlirlər.

Qanunvericiliyə görə, işçi əməkhaqqı ödənişi ilə bağlı hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dəyəri 110 min avro olan qiymətli daş: Bu nadir daş yalnız Çexiyada tapılır

Bakı və Sumqayıtda 359 mənzil kirayə mexanizmi ilə satışa çıxarılır

Çində xarici telefon satışları azalıb - "Apple" da təsirlənib

Saray körpüsünə gələn yolların genişləndirilməsinə başlanılır - RƏSMİ

Həqiqi brilyantla 30 milyon dollarlıq tort hazırlayan Buddy-nin şirniyyat imperiyası

“Moody’s" Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə yüksəldib

Ən çox satılan ağıllı saat markaları açıqlandı - SİYAHI

Bu şəxslər cərimələnəcək

Bakıda məşhur hotellərin idarəçisi borca düşüb

Prezident: Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub

Boşanmadan sonra kredit borcunu kim ödəməlidir?

Borclulara əmlaklarını satmaq üçün 2 ay vaxt veriləcək

Borclulara əmlaklarını satmaq üçün 2 ay vaxt veriləcək

İtalyanlar Azərbaycan şərabı içir - 1 dekalitr 51 manatdan ixrac

Bu sığorta sinifləri üzrə 5 milyon manatlıq yığım var, ödəniş isə sıfır - SİYAHI

Dünyanın ən bahalı musiqisi - 2103-cü ilə qədər dinləyə bilməyəcəyik

Prezident Xankəndidə Şahbaz Şəriflə görüşdü

“Unibank” növbəti dəfə Mərkəzi Bankın tələblərini pozdu

“Unibank” növbəti dəfə Mərkəzi Bankın tələblərini pozdu

Ərdoğan Xankəndiyə gəldi

Mərkəzi Bank “KorpON” şirkətini “PAŞA Bank” ödəniş agenti kimi təsdiqlədi

Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - AÇIQLAMA

Sahil Babayev: "Strateji valyuta ehtiyatlarımız 74 milyard dolları keçib"

Milli Məclis büdcənin icrasını təsdiqləyib

Qanunvericilik 65 yaşa çatanlara nələr vəd edir?

Banklar niyə güclü “chatbot” yox, yeni filial açmağa üstünlük verir?

Konstitusiya Məhkəməsinin yeni hakimləri təsdiqləndi

“Transneft”in vitse-prezidenti Andrey Bədəlov pəncərədən yıxılaraq ölüb

Daşkənd Azərbaycan şirkətləri ilə 400 milyon dollarlıq sazişlər imzalayıb

"Kakao" və "OpenAI" süni intellekt üzrə əməkdaşlığa başlayıb

"Kakao" və "OpenAI" süni intellekt üzrə əməkdaşlığa başlayıb

5 yaşında kibrit satan uşaqdan “İKEA” imperiyasına - İnqvar Kampradın inanılmaz uğur hekayəsi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin