BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7692
  • RUB
    1.6998
  • TRY
    0.0483
  • GBP
    2.1321
48478

Saatlıq minimum əməkhaqqı ilə bağlı təkliflər hazırlanması əməyin qiymətləndirilməsi baxımından yeni mexanizmin hazırlanması mənasına gəlir.

Bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, bu mexanizmin hazırlanması zaman tələb edən prosesdir.

"Çünki buradan bir tərəfdən aylıqdan saatlıq minimuma keçid, digər tərəfdən isə bəzi sektorlarda saatlıq əməkhaqqına keçid ayrıca yanaşma tələb edəcək.

Bir sıra inkişaf etmiş ölkələrdə saatlıq iş rejiminə keçid var. Bunun əsas üstünlüyü ondan ibarətdir ki, vətəndaş eyni zamanda bir neçə mənbədən əməkhaqqı ala bilir. Yəni öz fəaliyyətinin saat üzrə əməyi qiymətləndirilir. Eyni zamanda bir neçə qurumla əmək müqaviləsi bağlaya bilir. Bu baxımdan saatlıq əməkhaqqı rejiminə keçid maaş artımına təsir göstərə bilər. Saatlıq iş rejimin mahiyyəti vətəndaşın daha çox mənbədən əməkhaqqı almasına imkan yaradır. Bu konteksdən təbii ki, saatlıq iş rejiminin üstünlükləri var. Amma bu mexnizmin hazırlanması zaman tələb edənbir prosesdir. Sektoral yanaşma vacibdir", - deyə o əalvə edib.

Qeyd edək ki, "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda Azərbaycanda saatlıq minimum əməkhaqqı ilə bağlı təkliflər hazırlanması öz əksini tapıb.

Belə ki, qrup aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi istiqamətində iş aparır.

Bununla yanaşı, qrupa minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin hazırlanaraq, aidiyyəti üzrə təqdim edilməsi tapşırılıb. Minimum əməkhaqqı anlayışında sosial vəziyyətin nəzərə alınması ilə bağlı təkmilləşdirilmənin aparılması da qrupun fəaliyyət planına daxil edilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Fiber-optik kabelləri kim kəsdi? - Şübhəli gəmi Baltik dənizində xaosa səbəb oldu

"Okean Avto 2011" məhkəmə qarşısında

Robotlar və süni intellekt: Onların hüquqlarını kim qoruyacaq?

Texnologiya nəhənglərinin enerji strategiyaları - "CNN"

"Nur Avto Servis" cərimələndi

"Alibaba" və "E-Mart"ın 4 milyardlıq birləşməsi - "Bloomberg"

"iPhone"da "i" hərfi nə deməkdir? - 5 mənası var

"Medicare Klinika" 8000 manat cərimlənə bilər

Qəzada zərərçəkənlərə bu qədər kompensasiya veriləcək - Rəsmi

"Samsung"un səhmləri ucuzlaşmaqda davam edir

İqtisadiyyat Nazirliyi Ticarət İnformasiya Portalı yaradır

Qəza yerindən daha bir qara qutu tapıldı

Çində breyk-dans edə bilən robot təqdim olundu, qiyməti açıqlandı (VİDEO)

"Uniplaza" cərimələnə bilər

Gürcüstandan Ermənistana qaz nəqli müvəqqəti dayandırılacaq

"Uber"in 950 milyon dollarlıq razılaşması niyə bloklandı? - "Reuters"

"CRM CONSTRUCTİON"a protokol yazıldı

Aktauda AZAL təyyarəsini vuran Rusiyanın "Pantsir-S" raket sistemi nədir, necə işləyir?

Moskvanın hava limanları bağlandı

"Euronews": AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb

Sabahdan hava dəyişəcək: Yağış, qar yağacaq - XƏBƏRDARLIQ

Dünya Bankı Çinin ÜDM artımı ilə bağlı proqnozunu artırdı

İki şirkət arasında icarə mübahisəsi

Günəşə ən yaxın məsafə rekordu - Kosmik gəmi 6.1 milyon kilometrdən keçdi

Azərbaycanın aviaqəzada xəsarət alan bir qrup vətəndaşı ölkəyə yola salınıb

"Euronews": AZAL-ın qəzaya düşən təyyarəsi Qroznı yaxınlığında Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub

"Euronews": AZAL-ın qəzaya düşən təyyarəsi Qroznı yaxınlığında Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub

Türkiyədə ən çox maaşı bu sektorda işləyənlər alır

"Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb

Bağça müəllimlərinin sertifikatlaşdırma qaydasında dəyişiklik edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin