Bayram və qeyri-iş günlərində işlədilən işçilər – Qanun nə deyir?
Bəzi sahibkarlar bayram və qeyri-iş günlərində və ya iş günlərində işçiləri əlavə saatlarla işlədirlər.
Bu isə işçilərin narazılığına səbəb olur. Bu halda həmin işçilərin hansı hüquqları yaranır? Onlar bununla bağlı nə edə bilərlər?
Bununla bağlı Valyuta.az-a açıqlama verən əkrəm Həsənov bildirib ki, işçi birinci işəgötürənə müraciət edib bayram günlərində əlavə işləmək istəmədiyini bildirə bilər:
“Lakin çox vaxt işçilər bunu etmirlər, çünki işlərini itirməkdən qorxurlar. Qeyri-iş günlərində işçini işlətmək yalnız o şərtlə ola bilər ki, bununlıa bağlı işçinin razılığı olmalıdır və ona bu günlərin əvəzinə iki qat əmək haqqı verilməlidir”.
Hüquqşünas deyib ki, əgər sahibkar işçinin etirazına məhəl qoymazsa, bu halda o, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə şikayət edə bilər və ya məhkəməyə müraciət edə bilər:
“Amma bu məsələlərlə bağlı məhkəmə daha uzun yoldur. Lakin nazirliyə müraciət edilsə, onlar bu işə baxıb, işəgötürəni cərimələyə bilər. Lakin işəgötürən isə işçiyə şikayət etdiyi üçün heç nə edə bilməz”.
Əkrəm Həsənov deyib ki, işçinin burda qorxmasının başqa nüansları var:
Böyük ehtimalla işəgötürənlər işçiləri müddətli əmək müqaviləsi ilə işə götürürlər. Müqaviləni 6 aylıq, 1 illik bağlayırlar. Buna görə o istədiyi vaxt işçi ilə bağladığı müqaviləyə xitam verə bilər. Yəni işəgötürən qanunu pozmadan belə onu işdən azad edə bilər. Adətən belə ticarət mərkəzlərində müqavilələr müddətli bağlanır. Elə buna görə də əksər hallarda işçilər buna görə şikayət etməkdən çəkinir.
Təəssüf ki, qanunvericilik işəgötürənlərə yerli-yersiz müddətli müqavilə bağlamağa imkan verir. Lakin müqavilə o zaman müddətli ola bilər ki, işin icraatının özü müddətli olsun. Məsələn, işçi lazım olur beş aylıq, bir illik, bunu da sahibkar əsaslandıra bilir. Bizdə isə hansı şirkətə baxırsan əksəriyyəti elə müddəli müqavilə bağlayır”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay