Seymur Orucov Kolayır kəndində səyyar qəbul keçirdi (FOTOLAR)
Ağstafanın Kolayır kəndində növbəti dəfə səyyar qəbul keçirilib.
Müvafiq qrafikə uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vətəndaşların növbəti səyyar qəbulunda müavinləri, aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti qururmların nümayəndələri, kənd sakinləri iştirak ediblər.
RİH başçısı çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycanın öz milli maraqlarına uyğun yürütdüyü çoxşaxəli müstəqil siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu, dinamik iqtisadi göstəriciləri, hərbi qüdrəti gündən-günə yüksəlir, eyni zamanda, Cənubi Qafqazın liderinə cevrilən dövlətimizə olan müsbət maraqlar sürətlə artır. Əldə olunan bütün nailiyyətlər ölkəmizin, onun hər bir vətəndaşının gələcək rifahı naminə atılan böyük addımlardır.
Səyyar qəbulda vətəndaşlar fərdi qaydada dinlənilib, onların müraciətləri qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlərin həlli istiqamtində aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay