“Müharibə veteranlarına verilən təqaüdün məbləğinin kommunal, nəqliyyat xərcləri ilə əlaqələndirilməsi məqsədəuyğun deyil"
“Hökumət müharibə veteranlarına cəmiyyətin minnətdarlıq hissinin davam etməsini istəyirsə bu məsələlərə baxmalıdır. Amma onların təqaüdünün məbləğinin artıb-atmaması bu artıq sualdır”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekseprt Xalid Kərimli müharibə veteranlarının təqaüdünün artmasından danışarkən deyib. Ekspert veteranlarla bu qərarın 2019-cu ildə qüvvəyə mindiyini qeyd edib:
“80 manata nə almaq olar? Bu kimi məsələlər var. Dövlət bu 80 manatı hesablayanda bir məntiqi olub. Bu təqaüdü biz veteranlara minnətdarlıq hissi kimi veririk, cəmiyyətin digər üzvlərindən onları fərqləndiririk. Biz bunu 2019-cu ildə 80 manat müəyyənləşdirmişik. Hazırda 2023-cü ildir”.
Xalid Kərimli hesab edir ki, bu 6 il ərzində 80 manatın alıcılıq qabiliyyəti ən azı iki dəfə aşağı düşüb:
“Son illərin infliyasiyalarına baxsaq 2019-da müəyyənləşmiş 80 manatın alıcılıq qabiliyyəti indiki alıcılıq qabiliyyətindən 50 % aşağıdır”.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov müharibə veteranlarının təqaüdünün artırılması məsələsinə toxunub. O bildirb ki, müharibə veteranlarına təqaüdün məbləğinin artırılması məsələləri müzakirə olunacaq:
“Lakin müharibə veteranlarına verilən təqaüdün məbləğinin kommunal, nəqliyyat xərcləri ilə əlaqələndirilməsi məsələsini məqsədəuyğun hesab etmirik. Çünki 2019-cu ildə kommunal və nəqliyyat xərclərinə görə müavinət ləğv olunub, onun əvəzinə müharibə veteranlarına görə müharibə veteranlarına verilən təqaüd təsis olunub və məbləği 80 manatdır”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay