BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8293
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1332

Cari ilin ikinci yarısından bəri növbəti ildə pensiyaların nə qədər artacağı ilə bağlı proqnozlarla qarşılaşırıq. Əslində isə növbəti ildə pensiyaların nə qədər artacağını proqnoz etmək o qədər də çətin deyil.

Valyuta.az-ın məlumatına görə, qanunvericiliyə əsasən, pensiyaların indeksləşdirilərək artımı əvvəlki ildəki orta əməkhaqqı artımına uyğun həyata keçirilir.

Bununla da hər ilin əvvəlində ölkə başçısının müvafiq sərəncamı ilə bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılır. Yəni əvvəlki il ölkə üzrə maaşlar orta hesabla neçə faiz artıbsa, pensiyalar da növbəti ildə həmin səviyyədə artır. Bu, o deməkdir ki, 2023-cü ilin sonunda orta əmək haqqı nə qədər artmış olsa, 2024-cü ilin əvvəlində də pensiyalar buna uyğun olaraq artacaq.

Maraqlıdır, bəs 2023-cü ilin sonuna ölkə üzrə orta aylıq əməkhaqqı nə qədər arta bilər?

Dövlət Statistika Komitəsinin son məlumatına görə, ölkə üzrə orta əməkhaqqı bu ilin yanvar-sentyabr ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz artıb. Artıq 5-ci aydır ki, orta aylıq əməkhaqqında artım 11 faiz səviyyəsindədir. Bu da təsadüfi deyil. Məsələ burasındadır ki, əməkhaqları əsasən ilin əvvəlində artırıldığından artım göstəricisi də bu dövrdə formalaşır. İlin sonuna doğru getdikcə göstəricidə ciddi dəyişiklik olmur. Nəticə etibarilə 2023-cü il üzrə orta aylıq əməkhaqqında 11 faiz ətrafında artımın olacağını güman etmək olar.  

Bu da o deməkdir ki, gələn il pensiyalar da bu səviyyədə indeksləşdirilərək artırılacaq. Məsələn, hazırda 400 manat pensiya alan şəxs gələn il 444 alacaq. Həmçinin xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiyaları bu il olduğu kimi, gələn il də bu cür artırılacaq. 

Minimum pensiya məbləğinə gəlincə, son 2 ildə (2022-ci və 2023-cü illər) bu göstəricidə artım olsa da, gələn il dəyişiklik gözlənilmir. Belə ki, 2024-cü ildə dövlət büdcəsindən sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin verilməsi üçün ayrılacaq vəsait əvvəlki illə müqayisədə cəmi 14 faiz çoxdur.

Bu da pensiyalardakı artımın ancaq indeksləşmə əsasında artacağı ilə məhdudlaşacağını deməyə əsas verir. Bununla da 2024-cü ildə də əmək pensiyalarının ən aşağı həddi 280 manat təşkil edəcək. Lakin qeyd edək ki, gələn il minimum məbləğdə pensiya həmin il pensiyaya çıxacaq şəxslərə şamil olunacaq. 2023-cü ildə bu məbləğlə pensiyaya çıxan şəxslərin pensiyalarına gələn il indeksləşmə tətbiq ediləcəyindən onlarda artım olacaq.     

© Qafqazinfo

Son xəbərlər

"Realme" yeni smartfonunu təqdim etdi (FOTO)

Yaponiya Rusiyaya kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

“Rotary Motors”a protokol yazıldı

Yeni "Moskvich" belə olacaq - Qiyməti açıqlandı

"Google" irqçilikdə ittiham olunur

Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb

Reklam haqqında qanunu pozan şirkətə protokol yazıldı

Dövlət qurumu məhkəməyə verildi

"Tesla"nın 25 min dollarlıq avtomobili yeni zavodda istehsal olunacaq

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda çatdı

“Bakıinşaatsənaye” 25000 manat cərimələnə bilər

“Zəlzələnin həyət və bina evlərinin qiymətlərinə hər hansı təsiri olmayacaq”

“Az Texnika LTD” məcburi auditdən yayınmaqda ittiham edilir

“Technoak”a qarşı ittiham

"Apple"ın dəyəri rekord dərəcədə artdı

Rusiya ilə neft tədarükü haqqında sazişə dəyişiklik: Qazaxıstan parlamenti qanunu təsdiqlədi

Şəki Mərkəzi Xəstəxanası köhnə avtomobillərin təmirinə 45000 manat xərcləyəcək

Türkiyə və Türkmənistan türkmən qazının İran vasitəsilə nəqlini müzakirə edir

“Azərtütün” məhkəməyə verildi

Keçmiş işçisi Neftçilər Xəstəxanasını məhkəməyə verdi

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Yeni rüsumlar müəyyənləşir

Azərbaycanda bu il turizmin inkişafı üçün görülmüş işlər açıqlanıb

Bu şəxslər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Seymur Orucov Köhnəqışlaq kəndində səyyar qəbul keçirdi (FOTO)

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bütün xəbərlər