Sahibə Qafarova büdcənin prioritetlərini açıqladı
Valyuta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin noyabrın 13-də keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı danışarkən deyib.
Sahibə Qafarova qeyd edib ki, gələn il büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib:
"Belə ki, gələn ilin bu sahədəki rəqəmlərin cari illə müqayisədə 1 milyard 35 milyon manat çox olması nəzərdə tutulur. Dövlət büdcəsinin digər prioritetləri sırasında təhsil, müdafiə potensialının gücləndirilməsi, azad edilmiş ərazilərin bərpası diqqət mərkəzində saxlanılacaq. İnamla söyləmək olar ki, gələn il dövlət büdcəsinin həyata keçirilməsi Prezident İlham Əliyevin siyasətinin həyata keçirilməsinə, dövlət proqramlarının reallaşdırılmasına zəmin yaradacaq"
Qafqaz Rafiqoğlu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay