"Yəqin mina təmizləyənlərin sayı azdır deyə fərqləndirmək istəyir" - Ekspert
“Mina təmizləyənlərin həyatlarının təhlükəsiz olması üçün onların həyat şəraitlərini dünya standartlarına qaldırılmalıdır. Burada puldan - kompensasiyadan söhbət getmir"
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli mina təmizləyənlərin maaşlarının artırılması ilə bağlı təklifi şərh edərkən deyib.
O bildirib ki, Azərbaycanda bütün vətəndaşların maaşları qalxmalıdır:
“Əslində bu həssas məsələdir. Məsələn, 500-1000 manat artıq maaş versək, insan ölməlidirmi? Siyavuş müəllim deyir ki, daha çox pul verək, amma gedib ölsünlər? Yoxsa necə? İkincisi, həkim və müəllimdən vacib sənət var? Ola bilsin Siyavuş müəllim cəmiyyətin xoşuna gəlmək istəyir. Bundan əlavə, mina təmizləyənlərin sayı azdır deyə fərqləndirmək istəyir. Biz həmişə iqtisadi siyasətimizin uğurlarına sevinirik, amma insanların əmək haqqları çox aşağıdır. İnsanların normal yaşaması üçün onların əmək haqqı artırılmalıdır”.
Deputat Siyavuş Novruzov deyib ki, "Mina təmizləyən səhər evdən çıxanda fikirləşir ki, qayıtmayacam. Onların əməkhaqqı yüksək olmalıdır. Mina təmizləmə ilə məşğul olan işçilərin pensiya yaşı aşağı salınmalıdır. Büdcə müzakirəsi gedir, xahiş edərdik bu məsələlərə bir də baxılsın və mina təmizləyənlərin əməkhaqqı artırılsın", - deyə deputat bildirib.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay