BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
35310

Prezident İlham Əliyevin tapşırığına əsasən, aztəminatlı ailələrin ünvanlı sosial yardıma əlçatanlığının artırılması, sosial yardımın təyinatı mexanizminin təkmilləşdirilməsi və yardımın təyin olunma meyarlarının yumşaldılması istiqamətində növbəti addım kimi Nazirlər Kabineti sosial yardımla bağlı qaydalarda yeni dəyişikliklər edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, aztəminatlı ailələrə dəstək məqsədi daşıyan dəyişikliklərə əsasən, sosial yardım alan ailə yardım üçün təkrar müraciət etdikdə tərkibi və yaşayış ünvanı dəyişməyibsə, ailədə ailə başçısını itirməyə görə pensiya və ya müavinət alan varsa, ailədə I dərəcə əlilliyi olan ailə üzvü, II dərəcə əlilliyi olan iki və daha çox ailə üzvü varsa, eləcə də ailədə üç və daha çox uşaq varsa ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmayacaq.

Ailə tərkibində ünvanlı yardımın dayandırılması və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hal baş verdikdə sosial yardım dayandırılır və ailənin ünvanlı yardım almaq hüququna müraciəti əsasında yenidən baxılırdı. Yeni dəyişikliklə bundan sonra ailədə yeni uşaq doğulduqda və ya övladlığa götürüldükdə, ailə üzvü vəfat etdikdə, ailə üzvü hərbi xidmətə çağırıldıqda və ya ehtiyata buraxıldıqda, əmək qabiliyyətli ailə üzvünün I dərəcə və ya 18 yaşınadək əlilliyi olan şəxsə, yaxud 8 yaşadək uşağa qulluq etmə müddəti başa çatdıqda və ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil müddəti başa çatdıqda sosial yardım dayandırılmayacaq və ödənişi davam edəcək.

Həmçinin ailənin gəlirlərində ünvanlı yardımın dayandırılması və məbləğinin dəyişdirilməsinə səbəb olan dəyişikliyə görə yardım dayandırılırdısa, bundan sonra ailənin müraciətinə ehtiyac qalmadan onun yardım almaq hüququna 15 gün ərzində e-sistem tərəfindən yenidən baxılacaq.

Ünvanlı sosial yardım proqramında aztəminatlı ailələrə dəstək məqsədli digər yeni dəyişikliklər də edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Prezident İlham Əliyev 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib

Davos 2025: "Mag 7", kriptovalyuta, süni intellekt və digər önəmli mövzular

Ucuz reklamın qurbanına çevrilənlər

Ucuz reklamın qurbanına çevrilənlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

"Tesla"nın süni intellekt dünyasındakı artan rolu - "Optimus", "SpaceX", "xAI"...

Alman nəhəngindən kütləvi ixtisarlar

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin