BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
35247

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da hələlik kişi və qadınların orta aylıq əməkhaqlarında fərqlər qalmaqdadır. Eyni işi görən kişilər hələ ki, qadınlara nisbətən daha yüksək əmək haqqı alırlar. 2021-ci ildə qadınlar üçün ölkədə orta aylıq əmək haqqı 552,2 manat, kişilər üçün isə 851,7 manat olub. 

Görəsən, bu fərqi aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

İqtisadçı ekspert Xalid Kərimli Valyuta.az-a açıqlamasında bildirib ki, sözügedən fərqi aradan qaldırmaq üçün əlavə hansısa bir tədbirlərin görülməsinə ehtiyac yoxdur: 

"Bunun üçün hansısa bir addımın atılmasına ehtiyac yoxdur. Azərbaycanda mövcud qanunvericilik qadınla kişilərə bərabər şərait yaradır. Bu fərqlər sadəcə olaraq iş yerləri yaradanlar tərəfindən ortaya atılır. Ölkədə kişi və qadın həkimi aarsında maaş fərqi yoxdur. Eyni zamanda, təhsil ocaqlarında da bu fərq müşahidə edilmir”. 

Həmsöhbətimiz bildirir ki, kişilərin cəmiyyət, dövlət, ailə qarşısında öhdəlikləri, məhsuldarlığı və beyin quruluşu qadınlara nisbətən fərqlidir:

“Güclü cins nümayəndələrinin gördüyü işlər fərqlidir. Daha riskli, daha ağır və gərgindir. Qadınlar isə belə işlərə ümumən maraq göstərmirlər. Kişi ilə qadın arasında əmək haqqı fərqini aradan qaldırmaq üçün ikincilər də gərək birincilərin gördükləri işləri çətinliklərilə görsün, o riskləri yaşasınlar. Bu halda əmək haqlarında da heç bir fərq olmayacaq. Yəni kişilə qadın arasındakı əmək haqqı fərqi cinsə görə deyil. Gördükləri işə və onun nəticələrinə görədir”. 

Həmsöhbətimizə görə, bu fərq bioloji xüsusiyyətlərə görə yaranır:

“Qadın ana olur, uşağa daha çox diqqət yetirir və karyera imkanları zəif olur. Ona görə də əmək haqqı fərqinin olması adi məsələdir”. 

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Davos 2025: "Mag 7", kriptovalyuta, süni intellekt və digər önəmli mövzular

Ucuz reklamın qurbanına çevrilənlər

Ucuz reklamın qurbanına çevrilənlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

"Tesla"nın süni intellekt dünyasındakı artan rolu - "Optimus", "SpaceX", "xAI"...

Alman nəhəngindən kütləvi ixtisarlar

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin