Son 5 ildə 1 milyon insana məşğulluq xidməti göstərilib - Nazir
Azərbaycan siyasətinin əsas xətlərindən biri “Böyük Qayıdış” proqramının həyata keçirilməsidir.
Valyuta.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Qarabağ KOB-ları” layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bugünədək 2900-ə yaxın vətəndaşımız Qarabağa köçürülüb.
“Köç edən vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi əsas hədəflərimizdəndir. Qarabağa köçən əhalinin 70 faizinin məşğulluğu təmin edilib. Bu prosses artaraq davam edəcək. Məşğulluq olmadan dayanıqlı rifah təmin edilə bilməz. Əhalinin əsas qisminə məşğulluq proqramları xitab etməlidir. Son 5 ildə 1 milyon insana məşğulluq xidməti göstərilib”, - deyə o əlavə edib.
Nazir vurğulayıb ki, 124 min müharibə iştirakçısı, qazi, şəhid ailələrinə 380 mindən artıq xidmət göstərilib.
Qeyd edək ki, KOBİA və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Qarabağ KOB-ları" layihəsinin təqdimatı keçirilir.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Məşğulluq Agentliyinin, KOBİA-nın və digər dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, layihəyə qoşulan qazilər, müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri iştirak edir.
© Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay