Deputat: "Bu dövlət orqanı düzgün siyasət yürütsə, qanun müsbət effekt verəcək"
“Dövlət ehtiyatları haqqında" qanunu həyata keçirəcək dövlət orqanı əgər düzgün siyasət yürüdəcəksə, qanun müsbət effekt verəcək".
Bunu Valyuta.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev “Dövlət ehtiyatları haqqında” yeni qanunun qəbulundan danışarkən deyib.
Onun sözlərinə görə, söhbət istehlak səbətinə daxil olan məhsullardan gedir:
“İstehlak səbətinə daxil olan və insanlara lazım olan yağ, ət, şəkər tozu, qida məhsullarından un və s. dövlətin təhlükəsizlik məsələsi sayılan əsas mallardır. Düşünürəm ki, orada 45-50 adda mal olacaq. Hansı ki, daha vacibdir. Söhbət ondan gedir ki, istəlinən halda xaricdən bu mallar gətirilə bilməsə, nəsə fövqəladə hallar baş versə, ən azı 6 aydan 9 aya kimi insanlar bu məhsullarla təmin olunacaq və qiymət artımı olmayacaq”.
Deputat qeyd edib ki, qanunun müzakirəsi zamanı verilən suallara alınan cavablar qaneedici olub:
“Məhsul çeşidi daha da çox ola bilər. Bunlar ehtiyat və bazarı tənzimləmək üçündür”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay