İcra hakimiyyətləri ləğv olunmalı, yeni stukturlar yaradılmalıdır - Ekspertdən təklif
Azərbaycanda son illər xeyli sayda icra hakimiyyəti başçısı işdən çıxarılaraq, yenilərilə əvəzlənib. Buna baxmayaraq, hələ də hakimiyyətin məhz bu strukturu və onların fəaliyyəti cəmiyyətdə əsas tənqid hədəfi olaraq qalmaqdadır.
İqtisadçı ekspert Natiq Cəfərli Valyuta.az-a açıqlamasında bildirib ki, icra hakimiyyəti institutu artıq köhnəlib, özünü doğrultmur. Ekspertə görə, bu səbəbdən şəxslərin dəyişdirilməsi problemin həllinə kömək etmir:
"Bu artıq şəxslərə bağlı məsələ deyil. Burada institusional problem var. İcra hakimiyyətləri keçmiş birinci katibliyin transformasiya olunmuş formasıdır və onlar instinklərlə davranır. Bu struktur institut olaraq köhnəlib, özünü artıq doğrultmur. Orada kimi dəyişsək, kimisə gətirsək, ciddi dəyişikliklərə səbəb olmayacaq. Deməli, bu institut tamamilə ləğv olunub, yenisi ilə əvəzlənməlidir.
Bu fonda böyük şəhər bələdiyyələri və yerli özünüidarə institutları gücləndirilə bilər. Yerli icra hakimiyyəti orqanları isə Prezidentin şəxsi nümayəndəsilə əvəzlənməlidir. Belə olan halda, narazılıq da olmayacaq. Çünki əhalinin seçdiyi bələdiyyə üzvləri onlarla başqa cür davranmağa məcbur qalacaqlar”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay