BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
34012

Dünyanın bir çox ölkələri 4 günlük iş həftəsinə keçir. Bizdə isə hələlik bu bir xəyal kimi görünür. Çünki hazırda ölkəmizdə bir çox fəaliyyət sahələrində işçilər ayda 30 gün, gün ərzində isə 12-14 saat çalışırlar.

Məsələn, iri ticarət şəbəkələrində iş vaxtı səhər saat 8-də başlayır, axşam 23:00-dək davam edir. İaşə obyektlərində də vəziyyət fərqli deyil. Bir çox iaşə müəssisələrində iş vaxtı saat 10-da başlayır və gecə yarısına qədər davam edir.

Belə acınacaqlı vəziyyət tikinti sektorunda adi haldır. Bu sektorda iş saatı 8:00-da başlayır, axşam saat 19-dək davam edir. Qəribə burasıdır ki, həmin işçilərlə bağlanan əmək müqavilələrində əks olunan iş saatı və iş günü ilə reallıq arasında çox böyük fərq var. Təəssüflə qeyd edək ki, qanunla Azərbaycanda gündəlik ən uzun iş saatı 8-dir. Qanunvericiliyə görə işçi bundan artıq işlədilərsə, ona əlavə ödəniş edilməlidir.

Lakin bu qaydaya da əməl edilmir. İşçilər əsasən işəmuzd deyil, günəmuzd çalışdırılırlar. Nəticədə, işçilər daha çox istismar olunurlar. Mövzu ilə bağlı əmək məsələləri üzrə ekspert İlkin Məmmədkərimovun fikirlərini öyrəndik.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Əmək Məcəlləsinə görə ölkəmizdə həftəlik 5 gün olmaqla 40 saatlıq iş həftəsi tətbiq olunur: “Ancaq bir çox hallarda bu qanunun tələbləri kobud şəkildə pozulur. İstər özəl, istərsə də dövlət müəssisələrində işçilər gündəlik 10-12 saat, həftəlik 6-7 gün iş qrafiki ilə çalışırlar.

Supermarketlər, geyim mağazalarında isə işçilər nəinki 10-12 saat işləyir, üstəlik onlara eyni vaxtda bir neçə işçinin işini gördürürlər. Bir çox hallarda işçilər həftədə 7 gün və 60-70 saat çalışdırılır”.

İlkin Məmmədkərimov onu da qeyd edib ki, ölkələr bir-birinin ardınca 4 günlük iş rejiminə keçirlər:

“Yəni həftənin yarısını işləyib yarısını istirahət edirlər. Bizdə 4 günlük iş rejiminin tətbiqindən söhbət belə getmir. Üstəlik, 5 günlük, 40 saatlıq iş həftəsinin tələbləri də gözlənilmir. AFP-yə görə artıq dünyanın 48 ölkəsi 4 günlük iş rejiminə keçib.

Qərb ölkələrindən başqa keçmiş Sovetlər Birliyi ölkələri də artıq 4 günlük iş rejiminə keçirlər. Bu ilin iyul ayında Qazaxıstan 4 günlük iş rejiminə keçdi. 1 yanvar 2024-cu ildən etibarən Moldovada 4 günlük iş rejiminə keçəcək. Artıq Gürcüstan, Özbəkistan kimi ölkələr də 4 günlük iş rejiminə keçid etməyi müzakirə edirlər”.

Ekspert onu da bildirib ki, ölkəmizdə iş saatları ilə bağlı Dövlət əmək Müfəttişliyinə müraciət edən işçilər sahibkarla tərəfindən basqı ilə üzləşirlər:

“Üstəlik, bu işçilər əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən qovulur. Bu maddə ilə çıxarılan işçilər heç vaxt heç yerdə işə götürülmür. Beləcə, iş yerini itirmək qorxusuna görə işçilər şikayətçi ola bilmir. Lakin, bu biabırçılığı aşkarlamaq üçün çox asan üsullar var. Çünki, əksər müəssisələrdə table kitabı var.

Bəzi müəssisələrdə isə işçilərin girişi-çıxışı plastik kartlarla tənzimlənir. Məhz bu iki fakta istinadən ixtiyari işçinin ayda və sutkada nə qədər işlədiyini müəyyən etmək olar. Nə yazıq ki, bu heç kimin yadına düşmür”. Məsələ ilə bağlı ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyinə sorğu göndərsək də, hələlik sorğumuza cavab verilməyib.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Davos 2025: "Mag 7", kriptovalyuta, süni intellekt və digər önəmli mövzular

Ucuz reklamın qurbanına çevrilənlər

Ucuz reklamın qurbanına çevrilənlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

"Tesla"nın süni intellekt dünyasındakı artan rolu - "Optimus", "SpaceX", "xAI"...

Alman nəhəngindən kütləvi ixtisarlar

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin