Sosial
25.09.2023 / 20:20
Bu şirkət müqaviləsiz işçi çalışdırıb
33300
"Rimaks Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinə siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, şirkət barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.
İşə Sumqayıt Şəhər Məhkəməsində hakim Fikrət Əliyev təyin edilib.
Vüqar
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay