BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
33262

“İşğaldan azad olunan ərazilərimizdə çalışan vətəndaşlarımız artıq 600 manatlıq birdəfəlik müavinətin alınması üçün müraciət edə bilirlər. Müavinət proaktiv qaydada təyin edilir. Şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayət edir”.
 
Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
 
Deputat qeyd edib ki, sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

“Bizə ən çox müraciət edilən suallardan biri də 600 manat birdəfəlik müavinətin kimlərə şamil olunması ilə bağlıdır. Qeyd edək ki, bu dəstək Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan güzəştlərdən biridir. Belə ki, Əmək Məcəlləsinə edilən dəyişikliklər ilə işğaldan azad olunan ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqinə artıq başlanılıb. Bu müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son beş il ərzində azı iki il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər ala biləcəklər.
 
Bu isə o deməkdir ki, işğaldan azad olunan ərazilərimizdə çalışan və sadəcə, orta məktəbi bitirənlər həmin müavinətdən istifadə edə bilmirlər. Aydındır ki, bu müavinətin verilməsində məqsədlərdən biri də həmin ərazilərimizdə ixtisaslı kadrların axınını stimullaşdırmaqdır. Bununla belə, həmin ərazilərdə, xüsusən də minaların çoxluğu səbəbindən risk faktorunun yüksək olduğunu nəzərə alaraq müavinətin Qarabağ və Şərqi Zəngəzurda çalışan bütün vətəndaşlarımızı əhatə etməsi məqsədəuyğun olardı. Bu baxımdan təklif edirik ki, sadəcə, orta məktəbi bitirən vətəndaşlarımız da diferensial olaraq həmin müavinəti almaq hüququna malik olsunlar. İşğaldan azad olunan ərazilərimizdə çalışan və sadəcə, orta məktəb bitirmiş vətəndaşlarımız diferensial yanaşma ilə müavinətin 50 faizi həcmində dəstək, yəni 300 manat almaq hüququna malik ola bilərlər. Bu, bir tərəfdən, ixtisaslı kadrların stimullaşdırılması hədəfinin qalmasına, digər tərəfdən isə həmin ərazilərdə çalışan bütün işçilərin müavinətdən istifadə etməsinə imkan yarada bilər”, - deyə V.Bayramov əlavə edib.
 
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə onlara birdəfəlik müavinətin (600 manat) təyin olunmasına başlanıb.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Davos 2025: "Mag 7", kriptovalyuta, süni intellekt və digər önəmli mövzular

Ucuz reklamın qurbanına çevrilənlər

Ucuz reklamın qurbanına çevrilənlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

"Tesla"nın süni intellekt dünyasındakı artan rolu - "Optimus", "SpaceX", "xAI"...

Alman nəhəngindən kütləvi ixtisarlar

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin