BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
33058

O, Qarabağa asayişi qorumağa getmişdi. Gedərkən şəhidlik zirvəsinə ucalacağını, bu yolun son səfəri olduğunu bilirdimi görəsən? Bu gün geriyə Azərbaycan bayrağına sarılmış nəşi gətirilib. Şəhidimiz var, Vətən, başın sağ olsun! Uğrunda daha bir balan, polis serjantı Xəzər Zamanov can verdi.

Lent.az erməni terroru nəticəsində şəhid olmuş polis əməkdaşı Xəzər Zamanovun kədərli həyat hekayəsi təqdim edir:

Xəzər körpə yaşlarında atası Azər kişi ilə dənizə gedir. Dənizdə üzərkən dalğalar balaca Xəzəri çəkib aparır, o boğulmağa başlayır. Atası sahildən xeyli uzaqlaşmış oğlunu dəli dalğaların arasından xilas etməyə çalışır, onu xilas edir, lakin özü boğulur. Oğlunu qolları üzərində sahilə qədər çatdırıb, özü can verir. Oğluna Xəzər adını verəndə Xəzərin qurbanına çevriləcəyini bilirdimi Azər? Yəqin ki yox...

Bu hadisə oğlunda dərin yaralar açmışdı. Ehtiyac içində böyüyən Xəzər ağlı kəsəndən ailəsinin yükünü çiyinlərində daşıyırdı. Atası Xəzəri ölümdən xilas etsə də özü Xəzər dənizinin cəngindən qurtula bilmir və həyatını itirir. Bundan sonra Xəzərin ailəsində ağır günlər başlayır və o, ehtiyacla dolu uşaqlıq illəri keçirir. Polis seçimlərindən keçib, formasını əyninə geyinəndə dünyalar onun olmuşdu. Çox sevinmişdi.  Həyatı yeni-yeni axarına düşürdü. 5 ay əvvəl evlənmişdi, övlad yolu gözləyirdi... 

Bu gün Xəzər illər öncə onu ölümdən xilas edərkən həyatını itirmiş atasının yanında, Sədərək qəbiristanlığında dəfn olundu.

Xəzər Zamanovun əmisi Aydın Zamanov da 90-cı illərdə Sədərək döyüşləri zamanı şəhid olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin