BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
32380

Azərbaycanın keçmiş dövlət başçılarından heç birinin ailəsi qanunla müəyyən edilmiş “eks-prezident müavinəti” almır.

Modern.az saytı bunu “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanuna istinadən xəbər verir.

Qeyd edək ki, əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydaları “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu ilə müəyyənləşib. Bu qanunun 2-ci maddəsinə görə, keçmiş prezident hazırda Azərbaycan Respublikasının Prezidenti vəzifəsində olan şəxsin  aylıq əmək haqqının əlli (50 %) faizinə bərabər tutulan aylıq pensiya almalıdır.

Qanunun 3-cü maddəsinə görə isə keçmiş prezident vəfat edibsə, onun ailəsinə keçmiş prezidentə ödənilməli olan aylıq pensiyanın əlli (50%) faizinə bərabər tutulan aylıq müavinət ödənilməlidir. 

Azərbaycanın eks-prezidentlərinin hamısı - Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyev dünyasını dəyişib.

Sözügedən qanuna görə, sabiq dövlət başçıları dünyasını dəyişdiyi halda, onların həyat yoldaşı müəyyən edilən məbləğdə “eks-prezident müavinəti” ala bilər.

Məsələ burasındadır ki, mərhum dövlət başçılarının həyat yoldaşları da vəfat ediblər.

Bu halda “eks-prezident müavinəti” övladlara verilə bilər. Amma bir şərtlə ki, övladlar 18 yaşını keçməmiş olsunlar.

Azərbaycanın hər üç eks-prezidentinin övladları 18 yaşını çoxdan tamamlayıblar.

Qanuna görə, eks-prezident övladları yalnız bir halda sözügedən müavinəti 18 yaşdan sonra ala bilər. Əgər dünyasını dəyişən eks-prezidentin I qrup əlilliyi olan övladı varsa, ona müavinət verilməsi davam etdirilir.

Keçmiş prezidentlərin övladları arasında əlilliyi olan şəxslər olmadığından, demək olar ki, hazırda Azərbaycanda “eks-prezident müavinəti” heç kimə verilmir.

Xatırladaq ki, eks-prezident ailələrindən ikisi zamanında bu qanundan yararlanıb.

Belə ki, sabiq dövlət başçısı Ayaz Mütəllibov eks-prezidentlərlə bağlı qanunun qüvvəyə mindiyi vaxtdan - 2012-ci ilin iyunundan vəfat etdiyi günədək - 2022-ci ilin martınadək (20 il) ölkə başçısının aylıq əmək haqqının əlli (50 %) faizinə bərabər tutulan aylıq pensiya alıb.

Elçibəy ailəsi isə “eks-prezident müavinəti”ni 7 il - 2012-ci ilin iyunundan 2019-cu ilin iyununadək alıb. Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva 2019-cu ilin iyununda vəfat edəndən sonra sözügedən müavinət dayandırılıb.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

"Tesla"nın süni intellekt dünyasındakı artan rolu - "Optimus", "SpaceX", "xAI"...

Alman nəhəngindən kütləvi ixtisarlar

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin