Qazancımız ay sonuna necə çatsın?
“Geniş imkanları olan ölkədə iqtisadi mexanizmlər elə qurulmalıdır ki, əhalinin maddi gəliri çoxalsın, öz potensialından istifadə etsin, bazar əhalinin imkanlarına uyğun olaraq qurulsun”.
Bu sözləri Valyuta.az-a sosioloq Əhməd Qəşəmoğlu “insanlar nə etməlidir ki, ayın sonuna qazancları çatsın” sualına cavab verərkən deyib:
Sosioloq deyir ki, bu problemi təkcə insanların ümidinə buraxmaq olmaz:
“Ölkədə daha ciddi iqtisadi mexanizmlər qurulmalıdır. Bu bizim iqtisadçıların günahıdır ki, iqtisadi mexanizmləri yaxşı qura bilmirlər. Nəticədə əhalinin bir tərəfdən əhalinin maddi gəliri arzuolunan səviyyədə olmur, digər tərəfdən mexanizmlərlər düzgün qurulmadığına görə aşağı maaşla yaşamaq çətin olur”.
Əhməd Qəşəmoğlu bildirib ki, rayonlarda əhalinin istər təsərrüfat, istər intelektual baxımından böyük potensialı var, amma onların nə təsərrüfat, nə də intelektual potensialını hərəkətə gətirilmir:
“Ölkədə kifayət qədər qədər torpaq sahəsi, bu torpaq sahəsindən istifadə etmək yolları da, əmək qüvvəsi də var. O torpaqdan istifadə etmək, məhsul yetişdirmək, onu bazara çıxarmaq üçün təcrübə çatmır. Onlara da kömək edən yoxdur”.
Sosioloq deyir ki, Azərbaycanda yoxsulluğu xeyli azaltmaq üçün geniş imkanlar var: “Lakin buna baxmayaraq, ölkədə hələ də yoxsul şəxslər var. Hərənin bir marağı var, ona görə də lazım olan ciddi iqtisadi işlər görülmür. Potensialımızdan elmin köməyi ilıə düzgün istifadə etmirik”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay