BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
31626

Azərbaycanda boşanmaların sayı rekord həddə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 24 146 nikah və 10 631 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Ekspertlərə görə, bu statistika artıq həyəcan təbili çalmaq üçün zəmin yaradıb.

Boşanmaların sayının artmasına səbəb olan amillər görəsən nələrdir? 

Valyuta.az-a açıqlamaa verən psixoloq Elnur Rüstəmovun fikrincə, boşanmaların sayının artmasına Azərbaycan ailəsinin ənənə ilə müasirliyin poliqonuna çevrilməsi öz təsirini göstərib: 

“Boşanmalara təsir göstərən faktor və məqamlar çoxdur. Oxşar proseslər keçən əsrin 50-ci ilərində Amerika cəmiyyətində baş vermişdi. Belə olan halda, onlar ailə institutunu formalaşdırdılar. Ona əsasən də cütlüklər evlənməmişdən öncə hər hansı bir sıxıntı yaşadıqda onlara sosial-psixoloji dəstək göstərilirdi. Azərbaycanda isə ailələrdə psixoloji dayanıqlılıq yoxdur. Ailə münasibətləri indi əvvəlki tək ənənəvi qaydalarla idarə olunmur. Ənənəvi qaydalar üzrə yanaşma tərzi hazırda özünü doğrultmur. Yeni dövrün yanaşmasına keçmişik. Azərbaycanın ailə dəyərləri möhkəm və qədimdir. Ancaq bu qədimlik üzərindən müasirliyi də formalaşdırmalıyıq. Bu gün Azərbaycan ailəsi ənənə ilə müasirliyin poliqonuna çevrilib. Biri ənənəni qorumaq istəyir, ikincisi isə müasirliyi dəstəkləyir”. 

Psixoloq deyir ki, ölkəmizdə kişi cinsinin nümayəndələri ənənəvi ailə modelinin qorunmasında, qadınlar isə müasir ailə modelinin olmasında maraqlıdır:

“Bunun üzərində də tərəflər arasında problem yaranır, bu da boşanmaya gətirib çıxarır”. 

Ekspert qeyd edir ki, psixoloji dəstək göstərilərsə, ölkəmizdə boşananların sayı da azalacaq:

“Ailə qurmadan öncə tibbi müayyinə ilə paralel, psixoloji diaqnostika da olmalıdır”. 

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

"Tesla"nın süni intellekt dünyasındakı artan rolu - "Optimus", "SpaceX", "xAI"...

Alman nəhəngindən kütləvi ixtisarlar

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin