Bu çimərliklərdə ölüm qeydə alınmayıb
"2023-cü ilin bu günə qədər olan statistikasına əsasən, ölkə ərazisində su hövzələrində 146 nəfər boğulmaqdan xilas edilib. Onun 138 nəfəri çimərlik mövsümündə qeydə alınıb”.
Bu sözləri valyuta.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik həcmli gəmilərə nəzarət və sularda və təbliğat söbəsinin rəisi Akşin Əlili deyib.
A.Əlili həmçinin qeyd etdi ki, FHN-nin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb: “Bu rəqəmlər onu deməyə əsas verir ki, həqiqətən nəzarət olunan çimərliklərdən istifadə edilməli, ərazidə quraşdırılmış maarifləndirici lövhələrin tələbinə, xilasedicilərin göstərişlərinə sözsüz əməl olunmalıdır”.
Qarakişi Vəlizadə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay