BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

"Azərbaycanda artan iqtisadi və maliyyə imkanlarının artması nəticəsində büdcədə 2 milyard manatdan artıq profisit yaranıb".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. 

Deputat əlavə edib ki, cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023-cü ilin dövlət büdcəsinə əlavə düzəlişlər layihəsinin hazırlanması qərara alınıb və yaxın günlərdə layihə Milli Məclisdə müzakirə olunacaq:

"Düzəlişlər nəticəsində ilk növbədə əlavə vəsaitlər azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin miqyasının daha da artırılması üçün əlavə maliyyə mənbəyinin təmin edilməsi üçün istifadə olunacaq.
Hazırda bu istiqamət üzrə büdcədə nəzərdə tutulmuş xərclərin məbləği 3 milyard manatdır, düzəlişdən sonra bu rəqəmin 4,5 milyard manata çatdırılacağı, hətta bir qədər də artıq olacağı nəzərdə tutulur.

Mövcud büdcə xərclərində ölkənin müdafiə potensialının və hərbi imkanların möhkəmləndirilməsi də əsas prioritetdir. Həmçinin, büdcəyə düzəlişlərdən sonra xərclərin bir qismi sosial sahədə bəzi prioritet istiqamətlər üzrə xərclərin də artırılması istisna olunmur, əhalinin aztəminatlı və həssas sosial qruplarının sosial müdafiə və təminatının daha da yaxşılaşdırılması məqsədilə bu istiqamətdə əlavə maliyyələşmənin təmin edilməsi də mümkündür. Nəticədə maaş və pensiyaların artımı ilə bağlı vəsaitlər də həmin xərclərdə yer ala bilər".


 

Son xəbərlər

Rabitəbank uşaq evini ziyarət etdi (FOTO)

“Kupça”sız evlər də sığorta pulu ödəyəcək? – AÇIQLAMA

Türkiyə Azərbaycandan ildə 1 milyon turist qəbul etmək istəyir

Aqrar Sığorta Fondu fermerlərə növbəti dəfə ödəniş edəcək

“Gilan Orchards”ın rəhbərinin ölkədən çıxışına “stop” qoyula bilər

Azərbaycan əhalisi televiziyalarda nə izləyir?

Azərbaycanda utilizasiyaya veriləcək maşınlara görə birdəfəlik ödəniş məbləğləri nə qədər olacaq?

Azərbaycanda utilizasiyaya veriləcək maşınlara görə birdəfəlik ödəniş məbləğləri nə qədər olacaq?

"Utilizasiya proqramı Azərbaycanda avtomobilləri bahalaşdıracaq" - Millət vəkili

"Yaxın həftələrdə “Abşeron” yatağından ilk qaz çıxarılacaq" - "Total"

“Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Azərbaycan Prezidenti Avropa Siyasi Birliyinin sammitinə gəlib

Nazirliklərin avtomobilləri SATIŞA ÇIXARILDI - 800-18000 MANAT

Nazirliklərin avtomobilləri SATIŞA ÇIXARILDI - 800-18000 MANAT

Aparıcı Azər Zahidə “stop” qoyula bilər - İş məhkəmədə!

ƏDV qeydiyyatı ləğv olunduqda depozit hesabında qalan vəsaitdən necə istifadə olunur? - ŞƏRH

Bayden ABŞ-da "fəlakətli defoltun" qarşısının alındığını elan etdi

Manatın effektiv məzənnələri il ərzində artıb

Bakıda təcili eniş edən "British Airways"in təyyarəsi yola düşüb

Aqrar İnnovasiya Mərkəzinə təyinat olub - FOTO

Ərdoğan Prezident Külliyəsində qələbə çıxışı edib

Azərbaycanda məktəb direktoru faciəli şəkildə öldü

Bütün xəbərlər