27.07.2022 / 09:08
Qarabağa köçəcək şəxslərə şad xəbər: Pul alacaqlar (VİDEO)
23230
Alternativ enerji mənbələrindən istifadə edilməklə, ən müasir innovativ texnologiyalar tətbiq edilib. Ağalı kəndi yeni texnologiyalarla inşa edilən ilk yaşayış evləridir.
Bunu "Xəzər Xəbər"ə açıqlamasında Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
Onun sözlərinə görə məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra da sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Fuad Hüseynov əlavə edib ki, işğaldan azad olunan ərazilərdə yaşayanlara bağlı yeni qanun layihəsi hazırlanır.
İşğaldan azad olmuş ərazilərimizə böyük qayıdış mərhələli şəkildə davam etdirilir. Yaxın gələcəkdə növbəti köçün Füzuli rayonunun Dövlətyarlı kəndində baş tutması gözlənilir.
Dövlət komitəsinin sədr müavini onu da bildirdi ki, Ağalıda məskunlaşan şəxslərin doğmaları portaldan qeydiyyatdan keçdikdən sonra öz yaxınlarını görməyə gedə bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay