Azərbaycan 4 günlük iş rejiminə keçə bilər? (VİDEO)
Dünyanın bir sıra ölkələrində həftədə 4 günlük iş rejiminə keçməklə bağlı müzakirələr gedir. Böyük Britaniya da daxil olmaqla, bir sıra ölkələr də 4 günlük iş rejimini tətbiq etməyə başlayıb.
Valyuta.az xəbər verir ki, 4 günlük iş rejimi layihəsi biznesin inkişaf etdirilməsinə hesablanıb.
Belə olan təqdirdə distant iş rejimi də gündəmə gəlir. Bununla da böyük binalar icarəyə götürməyə ehtiyac qalmır. İşçilərin təminatı üçün sərf olunan resurslara isə qənaət edilmiş olur.
Dünya praktikasında icra mərhələsinə keçən 4 günlük iş rejimi Azərbaycanda da tətbiq oluna bilərmi? Bu pilot layihənin həyata keçməsi üçün qanunvericiliklə hər hansı əngəl varmı? Bu sualları "ARB24"də yayımlanan "İş vaxtı" verilişində qonaq olan hüquq müdafiəçisi Sahib Məmmədov cavablandırıb.
Ekspert bildirib ki, bu layihə Azərbaycanda qanunvericiliyi dəyişmədən kommersiya qurumlarında tətbiq oluna bilər: "Qanunda işçinin az işləməsi ilə bağlı məhdudiyyət yoxdur, əksinə çox iş saatı təyin edilə bilməz. Əslində hər hansı hotel, bank və digər yerlər bu eksperimenti keçirə bilər.
Qısaldılmış iş saatı və həftəsində biznes eyni həcmdə məhsulu ala bilirsə, onda şirkət udacaq. Buna görə, əmək haqqının azaldılmasından söhbət getmir. Burada məqsəd eyni işin daha qısa müddətdə yerinə yetirilməsindən gedir".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay