BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
20642

"Bütün dünyada çörəyin, unun və un məhsullarının, şəkərin, bitki yağlarının qiyməti yenidən qalxacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfat məhsulları üzrə ekspert Vahid Məhərrəmov Rusiyanın Ukraynaya hərbi təcavüzünün nəticəsində dünyada 45 milyonadək insanın aclığa məruz qalması ilə bağlı məlumatı şərh edərkən deyib.
 
Onun bildirdiyinə görə, bu bahalaşma Azərbaycana ciddi təsir edəcək:

"Əsas ərzaq məhsullarının qiyməti bahalaşacaq. Və bundan əziyyət çəkən imkansız adamlar olacaq. Əgər müharibə uzanarsa, Rusiya idxal üçün nəzərdə tutduğu məhsulları bir müddət anbarlarda saxlayarsa, onun satışını həyata keçirməzsə, eləcə də Ukraynada müharibə getdiyi üçün ixracda bir müddət problemlər davam edərsə, cətinliklər yaşanacaq. Ancaq ötən il dünya ölkələrində buğda istehsalında ciddi artım olub, eləcə də bitki yağı və digər məhsullarda. Ümumiyyətlə, ötən il istehsal təlabatdan çox olub. Sadəcə, bu məhsullar ölkələrdə ehtiyat kimi yığılıb. Bu, müəyyən problemlər yaradacaq”.

Vahid Məhərrəmovun fikirincə, nə qədər adamın ərzaq çatışmazlığından əziyyət çəkməsi ilə bağlı konkret rəqəm demək çətindi:

"Bunu heç bir ekspert, iqtisadiyyatdan xəbəri olan bir iqtisadçı deyə bilməz. Rusiya bu dəqiqə yollar axtarır. Düzdür, bitki yağları, şəkər məhsulları, buğda, taxıl və taxıl məhsullarının  qiymətləri artacaq. Qarşıdan mövsüm gəlir. Rusiya istehsal etdiyi məhsulları anbarlara yığmalıdır. Onun üçün də anbar boşalmalıdır. Yəni, həmin məhsulları satmalıdır. Rusiyadan ərzaq məhsullarının ixracına embarqo tətbiq edilməyib. Avropa ölkələri, Qərb tətbiq olunan sanksiyada ərzaq məhsulları nəzərdə tutulmayıb. Sadəcə, bölgədə problem logistika ilə bağlıdır. Ancaq bu da bir müddətdən sonra həllini tapacaq”.
Ekspert hesab edir ki, idxaldan asılı olan bütün ölkələrin hamısına bahalaşmanın təsiri olacaq:

"Biz ümumi idxalın 98%-ni Rusiyadan gətiririk. Son 10 gündə buğdanın qiyməti dünya bazarında 40% bahalaşıb. Bu o deməkdir ki, Rusiya Azərbaycana buğdanı 40% baha satacaq. Bu bahalıqdan əziyyət çəkən insanlar olacaq”.

Qeyd edək ki, "Bloomberg news”un bildirdiyinə görə, Rusiyanın Ukraynaya hərbi təcavüzü dünyada ciddi ərzaq çatışmazlığı problemi yaradacaq. Belə ki, bu iki ölkə dünyanın əsas taxıl ixracatçısındandır. İnsanların enerji tələbatının 40% də buğdanın, qarğıdalının və düyünün hesabına ödənilir.

Nəticədə dünyada bu məhsulların qiyməti təxminən 22% artacaq, bu da 45 milyonadək insanın aclığa məruz qalmasına səbəb olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin