Sosial
27.01.2022 / 13:53
“Müharibə veteran”larına yanvar ayı üzrə ödənişlər niyə verilməyib?
19108
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev "Müharibə veteran”larına yanvar ayı üzrə ödənişlərin verilməməsinə aydınlıq gətirib.
Valyuta.Az xəbər verir ki, nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, hazırda proses davam edir və burada bir neçə qurumun fəaliyyətindən söhbət gedir.
Onun sözlərinə görə, bu proses mərhələli şəkildə təmin ediləcək və yanvar ayının ödənişləri də veriləcək.
Nazir müavini diqqətə çatdırıb ki, artıq "Zəfər” altsistemi aktivləşdirilib və istifadəyə verilib: "Zəfər” altsisteminə daxil olan şəxslər özləri barədə məlumatları "e-sosial” portalından ala bilərlər”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay