Bu il 37 mindən çox şəxsə əlillik təyinatı aparılıb
“Əlillik” altsistemində son aylarda 20-dən çox təkmilləşdirmə işi aparılıb, həmçinin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi tətbiq edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində aparılan işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirilib.
Bu il artıq 37 mindən çox şəxsə əlillik təyinatı aparılıb, onlardan 12 mindən çoxuna ilkin, qalan hissəsinə təkrar əlillik təyin olunub.
Eyni zamanda, Vətən müharibəsi qazilərinin əlilliyinin qiymətləndirilməsi xüsusi diqqətdə saxlanır. Aidiyyəti qurumlarla, o cümlədən Müdafiə Nazirliyi ilə bu sahədə koordinasiya olunmuş şəkildə ardıcıl işlər aparılır. “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi də bu istiqamətdə öz töhfəsini verir. Artıq 2 minədək qaziyə əlillik və sosial ödənişlər təyin olunub, proses davam edir.
İclasda, vətəndaşların reabilitasiya mərkəzlərinə qəbulu üçün qeydiyyatın “onlayn müstəviyə keçirildiyi, vahid reabilitasiya informasiya idarəetmə sisteminin yaradılmasının nəzərdə tutulduğu, bu il reabilitasiya mərkəzlərində 5 mindən çox şəxsə xidmət göstərildiyi, əlilliyi olan şəxslərə 35 mindən çox reabilitasiya vasitəsi verildiyi, qazilərin yüksək texnologiyalı protezlə təminatı işlərinin davam etdirildiyi qeyd edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay