3 ildə 17 minə yaxın saxta əlillik aşkarlanıb – Anar Bayramov
"3 ildə 17 minə yaxın saxta əlillik halları aşkarlanıb və qarşısı alınıb".
Valyuta.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov deyib.
A.Bayramov, hazırda bu prosesin davam etdiyini və bundna sonra da davam edəcəyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, nöqsanlar aşkarlanan xəstəxanalarla bağlı tədbirlər görülüb:
"Eyni zamanda rayon xəstəxanalarında yoxlamalar aparılır. Göndərişlər zamanı ciddi pozuntular aşkarlanıb. Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub".
Vətəndaşlara müraciət edən İH sədri, onlara dəllallara inanmağı və onlar barəsində hüquq-mühafizə orqanlarına məlumat vermələrini tövsiyə edib.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay