Sosial
16.09.2021 / 11:49
Bu il neçə nəfərə əlillik təyin edilib? – Agentlikdən açıqlama
18235
8 ay ərzində ölkədə 35 minə yaxın şəxsə əlillik təyin edilib.
Valyuta.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov deyib.
Onun sözlərinə görə, eyni zamanda 11 min nəfərə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb.
İdarə Heyətinin sədri, əillik təyinatı prosesinin vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən həyata keçirildiyini diqqətə çatdırıb.
“Bu qiymətləndirmənin 98-99 faiz halda elektron aparılır. Vətəndaş narazı olduqda əyani komissiyadan keçmək hüququ var. Həmçinin 8 ayda Agentlik tərəfindən əlilliyi olan 7000 şəxs 30 minədək reabilitasiya vasitəsi, o cümlədən 766 nəfər mühərrikli təkərli oturacaqla təmin edilib".
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay