Sosial
13.09.2021 / 16:59
Bu il 56 mindən çox işsiz işlə təmin olunub
18057
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 8 ayında 56 788 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.
Bu barədə Valyuta.az DMA-nə istinadən xəbər verir.
Onlardan 22 686-si ödənişli ictimai işlərə cəlb olunub, 314 nəfərinin əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə işlə təminatı həyata keçirilib.
Bu dövr ərzində özünüməşğulluq proqramının icrası da uğurla davam etdirilib. Belə ki, 8 ayda 9296 nəfərin öz təsərrüfatlarını qurmaları üçün qeydiyyatı aparılıb.
Həmçinin 179 işsiz və işaxtaran peşə hazırlığı kurslarına cəlb olunub, 2315 şəxsə işsizlikdən sığorta ödənişi təyin edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay