Bu il 35 minə yaxın şəxsə əlillik təyin edilib
Bu ilin yanvar-avqust ayları ərzində 35 minə yaxın şəxsə əlillik təyin edilib.
Bu barədə Valyuta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Təyinat nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilib.
Belə ki, onlardan 11 min nəfəri ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlar, habelə sağlamlıq imkanları məhdudluq təyin olunanlardır.
Əlillik təyinatından sonra proaktiv qaydada elektron sistem üzərindən onlara əlilliyə görə pensiya və ya müavinətlər təyin olunub.
Bu ilin 8 ayında həmçinin əlilliyi olan 8,5 min şəxsə 30 minədək reabilitasiya vasitəsi verilib. Onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb. Yanvar-avqust aylarında Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4,6 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay