BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
17675

Milli Məclisin İnzibati qanunvericilik sektorunun müdiri, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev məhkəməyə verilib. Ondan şikayətçi olan isə Göygöl rayon sakini Mehman Həsənovdur.

Valyuta.az Pravda.az-a istinadən xəbər verir ki, Göygöl rayon Məhkəməsində mülki qaydada iddia qaldıran 61-yaşlı Həsənov deyir ki, 8 ildir Vəliyevlər onun əmlakını alsalar da, bu günə qədər əvəzini ödəmirlər. Söhbət Göygölün Yeni Zod kəndində yerləşən 10 sot torpaq sahəsindən gedir.

"İçərini heç cür görmək olmur"

Həsənovun əlində Yeni Zod kəndində 10 sot torpaq sahəsinin sahibi olduğunu təsdiqləyən sənədlər, o cümlədən mülkiyyət hüququnu təsdiq edən çıxarış da var. 

Deyir ki, yaşıllıq ərazidə yerləşən sözügedən daşınmaz əmlakı 2010-cu ildə alqı-satqı yoluyla əldə edib: 

"Öz vəsaitim hesabına o ərazini hasarlatdırdım. Tikintidə istifadə olunan qum, sement, armaturu Gəncədən alıb daşıtdırmışdım. Kifayət qədər xərcim çıxmışdı. 2013-cü ildə xəbər göndərdilər ki, Elmar Vəliyevin oğlu o yeri istəyir. Onların gücünü bilirdim, başa düşürdüm ki, müqavimət göstərməyin mənası yoxdur. Ona görə əvvəlcədən xoşluqla razılaşdım. Gah dedilər, pulunu verəcəklər, gah dedilər, əvəzinə başqa yerdə torpaq sahəsi veriləcək...".

Həsənov iddia edir ki, üstündən 8 il keçsə də, nə pul ala bilib, nə də torpaq. Üstəlik, əlində sənədləri ola-ola həmin əraziyə də daxil ola bilmir. 

İddiaçı bildirib ki, dərhal onun çəkdiyi hasarı sökdürüb, daha hündür hasar çəkiblər.

Göygöl sakininin sözlərinə görə, sözügedən ərazidə onunla yanaşı, bir neçə başqa qonşusunun da ərazisinı alıb bir-birinə qatıblar: 

"Hasar o qədər hündürdür ki, içərini heç cür görmək olmur. Deyilənə görə, Elmar müəllimin oğlu orada özünə istirahət yeri, idman meydançası düzəltdirib. Amma özüm görməmişəm".

 

"Şikayət etməyi özümə rəva görmürdüm"

Həsənov bildirib ki, digər mülkiyyətçilərə də əmlakının əvəzi ödənilməmişdi. Ona görə də hələ bir neçə il əvvəl dövlət orqanlarına, məhkəməyə şikayət ediblər. Ona da eyni addımı atmağı təklif eləsələr də, imtina edib. Qarşı tərəfin söz verdiyini nəzərə alaraq, vədə əməl olunmasını gözləyib: 

"Çünki mənə bir neçə dəfə söz vermişdilər. Gəncə şəhər İcra Hakimiyyətində Elmar müəllimin Mahmud adlı işçisi, adətən, mənimlə əlaqə saxlayırdı. Bir neçə yerdə torpaq sahəsi göstərmişdi. Razılaşdığım da olmuşdu, amma sonradan onu da vermədilər. Hətta ayrı-ayrı yerlərdən daha kiçik ölçülü torpaq sahələrinə də razılaşdım, yenə xeyri olmadı... Aramızda söhbət olmuşdu deyə, mən şikayət etməyi özümə rəva görmürdüm. Axırda başa düşdüm ki, bunlar mənə heç nə vermək fikrində deyil".

Mehman Həsənovun Elmir Vəliyevə qarşı iddiasına yarım ildən çoxdur ki, Göygöl rayon Məhkəməsində baxılır. Hazırda məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Əmlaka baxış keçirə bilmirlər

Cavabdeh Vəliyevin nə özü, nə də nümayəndəsi məhkəməyə gəlir. Hakim Qələmdar Abbasov mübahisə predmeti olan əmlaka yerində baxış keçirilməsinə qərar verib.

İddiaçının vəkili, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşları da daxil olmaqla, bir neçə nəfər əraziyə baxış keçirməyə getsə də, içəri daxil ola bilməyiblər.

Vəkil Zabil Qəhrəmanov da AzadlıqRadiosuna bunu təsdiqləyib. Müdafiəçi bildirib ki, bu üzdən məhkəmə prosesi uzun müddətdir ki, təxirə salınıb. Nə vaxt keçiriləcəyi də məlum deyil.
 
32 yaşlı Elmir Vəliyevin bu ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.

Göygöl rayon Məhkəməsindən isə belə bir işin icraatda olduğunu təsdiqləsələr də, bu barədə açıqlama verməkdən imtina ediblər:

"Araşdırmalar davam edən işlə bağlı heç bir açıqlama verilə bilməz".

 

Xatırlatma
 
60 yaşlı Elmar Vəliyev 2004-2011-ci illərdə Yevlaxın, daha sonra 2018-ci ilə qədər Gəncənin icra başçısı olub. O, 2018-ci il iyulun 3-də sui-qəsdə məruz qalıb. Vəliyev və onu mühafizə edən polis əməkdaşına qarşı silahlı sui-qəsd terror aktı kimi rəsmiləşdirilib və bu əməli törətməkdə suçlanan Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan doqquz nəfərə isə 18-20 il həbs cəzası verilib.

Səfərov bildirib ki, icra başçısını əhaliyə zülm etdiyinə görə öldürmək qərarına gəlib və bu məsələ təkbaşına onun planı olub. Digər təqsirləndirilən şəxslər günahsız olduqlarını, icra başçısına qarşı sui-qəsd olayına heç bir aidiyyətləri olmadığını bildiriblər.

Məhkəmədə sabiq icra başçısının dindirilməsi tələb olunsa da, nümayəndəsi Vəliyevin anlaqsız olması haqda arayış təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin