Sosial
30.08.2021 / 14:14
Zaqatalada karantin qaydalarını pozan ev sahibi cərimələndi - FOTO
17472
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı fərdi evdə təşkil edilən şənlik mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Bu barədə Valyuta.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan xəbər verilib.
Məlumata görə, rayonun Muxax kəndində Əşraf Abakarova məxsus evin həyətyanı sahəsində keçirilən mərasimdə 50 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.
Karantin qaydalarını pozan ev sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə protokol tərtib olunaraq cərimələnib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay