Sosial
20.08.2021 / 12:30
Azərbaycanda xüsusi karantin rejiminin müddəti növbəti dəfə uzadılacaq
17307
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması nəzərdə tutulur.
Valyuta.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
“Yəqin ki, Operativ Qərargahın bu məsələ ilə bağlı qərarı olacaq”, - deyə Ş. Mövsümov vurğulayıb.
Xatırladaq ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabrın 1-də başa çatır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay