Niyaz Niftiyevin məsələsi nəzarətə götürüldü - Məhkəmənin vaxtı dəyişdi
Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirən tanınmış jurnalist Niyaz Niftiyevin işi nəzarətə götürülüb.
Valyuta.az-ın Bakupost.az-a istinadən verdiyi xəbərə görə, bu barədə N.Niftiyevin vəkili Ənnağı Məmmədli məlumat verib.
Onun sözlərinə görə, müdafiə etdiyi şəxsin səhhətini nəzərə alaraq avqustun 23-nə təyin edilən məhkəmənin vaxtı dəyişdirilərək sabaha – 17 avqusta təyin edilib.
Vəkil bildirib ki, N.Niftiyevin avqustun 10-dan başladığı aclıq aksiyası davam edir və onun səhhətində problemlər yaranmağa başlayıb.
Qeyd edək ki, bu gün səhər 240-dan çox tanınmış şəxs Niyaz Niftiyevin səhhətinin nəzərə alınması, onun azadlığa buraxılması üçün Baş prokuror Kamran Əliyevə və Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə müraciət ediblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay