İstirahət günləri toylarda yoxlama: 1 nəfərə cinayət işi açıldı, 341 nəfər isə...
14 və 15 avqust tarixlərində Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 77 toy şənliyinin monitorinqini həyata keçirib.
Bu barədə Valyuta.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Monitorinq 57 şadlıq sarayında, 20 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Nəticədə toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Eləcə də 21 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 341 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay