Gəncə ŞİH başçısından müraciət: Vaksinasiya prosesində aktiv iştirak edək
“Bir ildən artıq müddətdir ki, dünyada, eləcə də doğma Azərbaycanımızda yeni növ koronavirus infeskiyasına (COVİD-19) qarşı ciddi mübarizə aparılmaqdadır”.
Valyuta.az xəbər verir ki, bu fikir Gəncə İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun koronavirusa qarşı aparılan vaksinasiya ilə bağlı şəhər sakinlərinə müraciətində səsləndirilib.
Müraciətdə deyilir:
“Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq, respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Gəncədə də pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində əməli tədbirlər həyata keçirilir və bu barədə şəhər ictimaiyyətinə müntəzəm məlumat verilir. Lakin qəbul etməliyik ki, infeksiyaya qarşı ən effektli mübarizə vasitəsi peyvənd (vaksin) hesab olunur. Hazırda şəhərimizdə vaksinasiya prosesi uğurla həyata keçirilir.
Əziz sakinlərimiz, biz birlikdə güclüyük! Birlik və həmrəylik nümayiş etdirməklə, vaksinasiya prosesində aktiv iştirak edək və pandemiyaya birgə qalib gələk. Unutmayaq ki, biz peyvənd olunmaqla özümüzlə yanaşı, yaxınlarımızı, doğmalarımızı, ümumiyyətlə, bütün cəmiyyətimizi qorumuş oluruq. Hər birinizə sağlam həyat arzu edirəm”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay