BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
15814

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) son 6 ayda gördüyü işlər, sosial müdafiə sahəsindəki icra vəziyyəti müzakirə olunub.

Nazirlikdən Valyuta.az-a bildirilib ki, iclasda sosial sahədə aparılan genişmiqyaslı islahatların DSMF-ni də əhatə etdiyi vurğulanıb və Fondun fəaliyyətində müsbət dinamikanın davam etdiyi bildirilib. 

DSMF gəlirlərinin 2021-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrünə nisbətən 2,21% (57 mln. manat) artaraq 2 mlrd. 614,2 mln. manat, bu gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 7,88% (134,12 mln. manat) artaraq 1 mlrd. 836,85 mln. manat təşkil etdiyi qeyd olunub. Daxilolmalara dair illik proqnozun büdcə təşkilatları üzrə 104,54%, qeyri-büdcə sektoru üzrə 114,42% icra edildiyi diqqətə çatdırılıb.

Dövlət başçısının 2019-cu ilin dekabr ayında imzaladığı Fərmanla DSMF-nin publik hüquqi şəxs kimi fəaliyyət göstərdiyi, Fondun öz fəaliyyətini əhaliyə xidmət modelinə keçid istiqamətində qurduğu vurğulanıb. 

Fəaliyyət sahələrinin optimallaşdırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, proaktiv xidmətlərin tətbiqi istiqamətində aparılmış islahatlar qeyd edilib. 

İslahatların tərkib hissəsi kimi Fondun fəaliyyət sektorları üzrə mərkəzləşdirmə işləri aparılmaqla bu sahələrdə inzibati idarəetmənin təkmilləşdirilməsinə və xidmətin keyfiyyətinin, operativliyinin, habelə şəffaflığın təminatına nail olunduğu diqqətə çatdırılıb.

İclasda Fondun Maddi Məişət Şəraitinin Müayinəsi, Məhkəmə Mübahisələri ilə İş, Arxiv və İnventarlaşdırma, Sosial Ödənişlərin Təyinatı, Xüsusi Şərtlərlə Təyinat, Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiallarının son 6 aya dair fəaliyyətinə dair təqdimatlar edilib.

Eyni zamanda, şəhidlər, şəhid ailə üzvləri, müharibə əlilləri və veteranlarının elektron informasiya bazasının yaradılması işlərindən bəhs edilib. Yaradılmaqda olan məlumat bazasının müvafiq kateqoriyalardan olan şəxslərin dövlət orqanlarına müraciətləri zamanı statuslarının real vaxt rejimində operativ müəyyənləşdirilməsinə şərait yaradacağı, sosial təminat hüquqlarına çevik və proaktiv qaydada baxılmasına imkan verəcəyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Naxçıvan şəhər küçələrinin işıqlandırılması 1 milyon manata başa gələcək

Nazir: Azərbaycan şirkətləri Gürcüstanın bir nömrəli investorudur

Bu tələb ləğv olundu - Elektromobil bazarı necə inkişaf edəcək?

“ACWA Power”in rəhbərlik etdiyi konsorsium Azərbaycanda ilk içməli su istehsalı zavodu tikəcək

"Deluxe Constraction" MMC valyuta tənzimi qaydalarını pozub

Şadlıq sarayında saxta içkilər aşkarlandı

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

XİN: Rusiya da Azərbaycan kimi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı həqiqətləri bilmək istəyir

Bu icra başçıları özlərinə köməkçi axtarır

Suriya İsrail və İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu

İki qanun layihəsi plenar iclasda tövsiyə olundu

Ötən il əhaliyə ₼62 milyardlıq məhsul satılıb

Paşinyan Davos forumunda iştirak edəcək

Azərbaycanda icarə münasibətlərində vergi öhdəliyinin icrası sadələşdirilib

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

Bələdiyyələrin rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq

Fermerlərə 52 min manatdan çox ödəniş edilib

Gürcüstanın Baş naziri Azərbaycana gəlir

Baydendən "oliqarxiya"nın yaranması barədə xəbərdarlıq

1,68 trilyon dollarlıq aktivləri olan - “Franklin Templeton”

Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Bakıda sahibkarın yarım milyon manata yaxın malları oğurlandı - Bacısı oğlanları saxlanıldı

Baş nazirdən hərbi xidmət yaşı ilə bağlı tapşırıq

Azərbaycan 12 ölkəyə mavi qaz satır

Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq

Əhalinin yanacaq xərci 400 milyon manata yaxın artıb - Rəqəmlər

Ötən ilə ən çox pul qazanan banklar - SİYAHI

Ötən ilə ən çox pul qazanan banklar - SİYAHI

Prezident "Rəqəmsal İnkişaf Konsepsiyası”nı təsdiqlədi

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin