Sosial
16.07.2021 / 10:26
Zaqatalada restoran sahibi 4 min manat cərimələndi
15699
Zaqatala Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri nəzarət tədbirləri zamanı Yuxarı Tala kəndi ərazisində yerləşən “Talaçay” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.
Bu barədə Valyuta.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Belə ki, şadlıq evinə keçirilən baxış zamanı obyekt sahibi tərəfindən “icazə.e-gov.az” portalında 150 nəfərin rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq məclisdə 200–dən artıq qonağın iştirak etdiyi müəyyən olunub.
Aşkarlanan pozuntularla bağlı həmin sarayın sahibi Anar Qəhrəmanov 4 min manat məbləğində cərimə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay