BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
15577

Pandemiya dövrü olmasına baxmayaraq 2020-ci ildə Azərbaycanda mətbuat vasitəsilə yayılan reklamın həcmi artıb. 

Valyuta.az Fed.az-a istinadən xəbər verir ki, 2020-ci ildə ölkə KİV-lərində 11 milyon 843 min manatlıq reklam yayımlanıb, bu 2019-cu ildəki göstərici ilə müqayisədə  100 min manat və ya 1%-ə yaxın artıqdır (2019-da 11 733 min manatlıq reklam yayılmışdı). 

Ümumiyyətlə 2015 və 2016-cı ildə reklam bazarının çökməsindən sonra ölkə KİV-lərində reklamların həcmi ardıcıl 3 ildir ki, artmaqdadır. Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda KİV-lərə verilən reklamların həcmi 26 milyon manata çatmışdı. 

Amma devalvasiya və iqtisadi aktivliyin azalması  nəticəsində 2016-cı ildə bu rəqəm 2,4 dəfə azalaraq 10,9 milyon manata düşüb. 2017-ci ildə isə reklam bazarı yenidən ikiqat kiçilərək 4,7 milyon manat olub. 

2018-ci ildə KİV-lərdə reklam bazarı 7,7 milyon manat, 2019-da 11,7 milyon manat, 2020-ci ildə isə 11,8 milyon manat təşkil edib. 

KİV-lərdə yayılan reklamların böyük hissəsi ənənəvi olaraq teleradio proqramların payına düşüb – 2020-ci ildə bu məbləğ 10,5 milyon manat və ya KİV-lərdəki bütün reklam büdcəsinin 89%-ni təşkil edib. 

Teleradio reklamlarının həcmi də ümumi reklam büdcəsində olduğu kimi dəyişib. 2015-ci ildə televiziya və radiolara 22,9 milyon manat, 2016-cı ildə 10,9 milyon manat, 2017-ci ildə 4,1 milyon manat, 2018-ci ildə 7,3 milyon manat, 2019-cu ildə isə 7,7 milyon manatlıq reklam verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gürcüstanın Baş naziri Azərbaycana gəlir

Baydendən "oliqarxiya"nın yaranması barədə xəbərdarlıq

1,68 trilyon dollarlıq aktivləri olan- “Franklin Templeton”

Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Bakıda sahibkarın yarım milyon manata yaxın malları oğurlandı - Bacısı oğlanları saxlanıldı

Baş nazirdən hərbi xidmət yaşı ilə bağlı tapşırıq

Azərbaycan 12 ölkəyə mavi qaz satır

Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq

Əhalinin yanacaq xərci 400 milyon manata yaxın artıb - Rəqəmlər

Ötən ilə ən çox pul qazanan banklar - SİYAHI

Ötən ilə ən çox pul qazanan banklar - SİYAHI

Prezident "Rəqəmsal İnkişaf Konsepsiyası”nı təsdiqlədi

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat

Ukrayna Britaniya ilə 100 illik saziş imzalayacaq

Ölkəyə gətirilən pomidorda virus aşkarlandı

Nazirlik: Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

Keçən il Azərbaycanda iqtisadi artım 4%-dən çox olub

Sabah hava yağmursuz keçəcək

Bu sahədə xidmət haqqının yuxarı həddi təsdiqləndi

ABŞ məlumatları "Binance"dakı "balina"nı hərəkətə keçirdi - 6 mln dollarlıq alış!

ABŞ məlumatları "Binance"dakı "balina"nı hərəkətə keçirdi - 6 mln dollarlıq alış!

Pensiyalar nə qədər və nə vaxt artırılacaq? - Ekspert açıqladı

Heyvan və quş ətinin bu ərazilərdən Azərbaycana idxalına məhdudiyyət qoyuldu

Azərbaycanda orta aylıq əməkhaqqı 996 manata yüksəlib

Tehran və Moskva Rusiya qazının tədarükü və tranzitini müzakirə edəcək

ABŞ Məxfi Xidməti Trampın andiçmə mərasimi üçün özəl şirkət cəlb edib

Qazaxıstan TDT ölkələrinə yükdaşımaları sürətləndirmək üçün e-TIR informasiya sisteminin tətbiqini təklif edir

XRP-nin qiyməti 2018-ci ildən bəri görünməmiş səviyyələrə çatdı! Yüksəlişin səbəbləri nələrdir?

XRP-nin qiyməti 2018-ci ildən bəri görünməmiş səviyyələrə çatdı! Yüksəlişin səbəbləri nələrdir?

Azərbaycanlı sahibkarlar 550 milyon manata yaxın güzəştli kredit götürüblər

Aktivlərinin həcminə görə bankların renkinqi - 2024

Aktivlərinin həcminə görə bankların renkinqi - 2024

Kiçik biznesləri böyütməyən səbəblər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin