Sosial
13.07.2021 / 10:44
Nazirlikdən AÇIQLAMA: Bu il 21 mindən çox şəxsə əlillik təyin edilib
15483
Əlilliyin qiymətləndirilməsi işləri davam etdirilir.
Agentlikdən Valyuta.az-a verilən məlumata görə, Bu ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ümumilikdə 21 525 şəxsə əlillik təyin edib.
Onlardan 7 018 nəfərə ilkin, 14 507 nəfərə isə təkrar əlillik təyinatı aparılıb. 2020-ci ilin analoji dövrü ilə müqayisədə təyinatların sayı 68% artıb.
Həmin şəxslərə əlilliyə görə müvafiq sosial ödənişlər də təyin olunub.
Əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, “Əlillik” altsistemi üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay