BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
15430

33 yaşlı qazimiz Fuad Mikayılov 10 ilə yaxındır paytaxtda parkinq işi ilə məşğul olur. Hər il bələdiyyədən rəsmi sənəd alır. Amma indi qarşısında bir maneə var.  

Valyuta.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, özünü "Çinar Avtoparkinq" MMC adlandıran özəl bir şirkət onu parkinqlə məşğul olmağa imkan vermir. Şirkət deyilənləri təkzib etsə də, Fuad bir ay bu şirkətə pul ödəməyə məcbur qaldığını deyir.  

Əlində rəsmi sənədi olsa da, işləyə bilmir. Daha doğrusu, buna imkan vermirlər.

Fuad Mikayılov 10 ilə yaxındır ki, Səbail rayonu Həsən Abdullayev və Səid Rüstəmov küçələrində parkinq işi ilə məşğuldur. Hər il bələdiyyədən aldığı rəsmi sənəd əsasında halal çörək pulunu qazanır. 

Fuad həm də Vətən müharibəsi iştirakçısıdır. Vətənə xidmət etdiyinə görə Səbail bələdiyyəsi rüsumla əlaqədar ona endirim də edib. Lakin Fuad iddia edir ki, bir müddətdir özəl bir parkinq şirkətinin hədə-qorxusu ilə üzləşir. Həmin şəxslər ona bu ərazidə işləməyə imkan vermirlər. 

Məsələdə adı hallandırılan "Çinar Avtoparkinq" MMC ilə əlaqə saxladıq. Lakin Fuadla heç bir əlaqələrinin olmadığını, ondan pul tələb etmədiklərini bildirdilər.

Səbail Bələdiyyəsindən "Xəzər Xəbər"ə bildirildi ki, Fuad Mikayılovun ərazidəki fəaliyyəti tam qanunidir. 

Ümid edirik ki, 44 günlük müharibə zamanı ailəsini, işini atıb Vətənin azadlığı uğrunda canından keçməyə hazır olan, müharibə vaxtı yeni doğulmuş övladının üzünü belə görə bilməyən Fuad halal pul qazanmağa davam edər və heç bir maneə ilə üzləşməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gürcüstanın Baş naziri Azərbaycana gəlir

Baydendən "oliqarxiya"nın yaranması barədə xəbərdarlıq

1,68 trilyon dollarlıq aktivləri olan- “Franklin Templeton”

Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Bakıda sahibkarın yarım milyon manata yaxın malları oğurlandı - Bacısı oğlanları saxlanıldı

Baş nazirdən hərbi xidmət yaşı ilə bağlı tapşırıq

Azərbaycan 12 ölkəyə mavi qaz satır

Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq

Əhalinin yanacaq xərci 400 milyon manata yaxın artıb - Rəqəmlər

Ötən ilə ən çox pul qazanan banklar - SİYAHI

Ötən ilə ən çox pul qazanan banklar - SİYAHI

Prezident "Rəqəmsal İnkişaf Konsepsiyası”nı təsdiqlədi

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat

Ukrayna Britaniya ilə 100 illik saziş imzalayacaq

Ölkəyə gətirilən pomidorda virus aşkarlandı

Nazirlik: Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

Keçən il Azərbaycanda iqtisadi artım 4%-dən çox olub

Sabah hava yağmursuz keçəcək

Bu sahədə xidmət haqqının yuxarı həddi təsdiqləndi

ABŞ məlumatları "Binance"dakı "balina"nı hərəkətə keçirdi - 6 mln dollarlıq alış!

ABŞ məlumatları "Binance"dakı "balina"nı hərəkətə keçirdi - 6 mln dollarlıq alış!

Pensiyalar nə qədər və nə vaxt artırılacaq? - Ekspert açıqladı

Heyvan və quş ətinin bu ərazilərdən Azərbaycana idxalına məhdudiyyət qoyuldu

Azərbaycanda orta aylıq əməkhaqqı 996 manata yüksəlib

Tehran və Moskva Rusiya qazının tədarükü və tranzitini müzakirə edəcək

ABŞ Məxfi Xidməti Trampın andiçmə mərasimi üçün özəl şirkət cəlb edib

Qazaxıstan TDT ölkələrinə yükdaşımaları sürətləndirmək üçün e-TIR informasiya sisteminin tətbiqini təklif edir

XRP-nin qiyməti 2018-ci ildən bəri görünməmiş səviyyələrə çatdı! Yüksəlişin səbəbləri nələrdir?

XRP-nin qiyməti 2018-ci ildən bəri görünməmiş səviyyələrə çatdı! Yüksəlişin səbəbləri nələrdir?

Azərbaycanlı sahibkarlar 550 milyon manata yaxın güzəştli kredit götürüblər

Aktivlərinin həcminə görə bankların renkinqi - 2024

Aktivlərinin həcminə görə bankların renkinqi - 2024

Kiçik biznesləri böyütməyən səbəblər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin