Sosial
09.07.2021 / 13:06
Eldar İbrahimov: Deputatlara verilən töhmətin müddəti 6 aydır
15353
“Deputatlara verilən töhmətin müddəti 6 aydır. Bu, köhnə Kommunist Partiyasının töhməti deyil ki... Töhmətdən 6 ay keçibsə, artıq bu inzibati tənbehin vaxtı bitmiş hesab olunur”.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.
Deputat bildirib ki, bu, qanunların birinə düşməlidir:
“Gələcəkdə bu, əsasnaməyə yox, deputatlarla bağlı qanunların birinə mütləq salınmalıdır”.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə qeyd edib ki, gələcəkdə nizamnaməyə hansısa dəyişiklik nəzərdə tutulsa, deputatlara verilən inzibati tənbeh tədbirinin müddəti məsələsinə baxıla bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay