Güzəştli kreditlər hesabına yeni iş yeriləri yaradılacaq - Mikayıl Cabbarov
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu bu ilin yanvar-may aylarında 339 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,9 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 770-ə yaxın yeni iş yeri-nin yaradılması nəzərdə tutulur".
Valyuta.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Twitter"də bildirib.
Paylaşımda bildirilib ki, güzəştli kreditlərin 95,7%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Kreditlərin 79%-i regionlarda, 21%-i isə Bakı şəhəri və ətraf qəsəbələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilib. Ayrılmış vəsaitlərin 37,6%-i sənaye məhsullarının istehsalı və emalı, 53,7%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 8,7%-i isə digər sahələrin inkişafına yönəldilib.
Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay