BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
15095

"Əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələri, onların gələcək inkişaf meyllərinin müəyyən edilməsi Milli Observatoriyanın əsas vəzifələri sırasındadır".

Valyuta.az bildirir ki, APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasının iki ilinə həsr olunan mətbuat konfransında Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov bildirib. Onun sözlərinə görə, ilk belə qurum Azərbaycanda yaradılıb: "Milli Observatoriya 2019-cu ildən yaradılsa da, fəaliyyətə ötən ilin martından başlamışıq. Milli Observatoriyanın fəaliyyət istiqamətinə eləcə də iqtisadi fəal əhalinin, məşğulluğun və işsizliyin kəmiyyət tərkibinin, keyfiyyət göstəricilərinin müasir vəziyyətini, onların dəyişilməsinə təsir göstərən sosial-iqtisadi şəraitin təhlil edilməsi, bu əsasda cari və perspektiv proqnozların hazırlanması daxildir. Milli Observatoriya həmçinin iqtisadiyyatın rəqabətə davamlı kadrlarla təmin edilməsi üçün peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə dair tələbləri müəyyənləşdirə bilər. Biz 3 sahədə - demoqrafiya, əmək bazarı və sosial müdafiə sahələrində görülən işlərə dəstək göstərəcək və qərarların qəbul edilməsində iştirak edəcəyik".
Qurumun hazırda üç layihə üzərində işlədiyini qeyd edən Elşən Əsədov bildirilib ki, əlilliyi olan şəxslərlə bağlı Virtual İnnovasiyalar Parkı adlanan layihə əsasında bu kateqoriyadan olan şəxslərin bərabər imkanlar əsasında məşğulluğu təmin olunacaq, əmək bazarına və sahibkarlıq fəaliyyətinə cəlb edilməsi həyata keçiriləcək. O, eşitmə və nitq məhdudiyyəti olan şəxslərin ünsiyyət probleminin aradan qaldırılmasına yardım edəcək proqram təminatı layihəsi və işarə dilinin rahat öyrənilməsi üçün Milli Observatoriya tərəfindən hazırlanan “Telegram” bot haqqında da məlumat verib: "Layihənin tətbiq olunması həmin şəxslərin ətrafdakı insanlarla ünsiyyətini asanlaşdıracaq, onların cəmiyyətə inteqrasiyasına yardım edəcək. Müayinə Sorğu Sistemi layihəsi çərçivəsində isə müəyyən mövzular üzrə sorğuların aparılması, toplanmış məlumatların mobil tətbiq və ya veb səhifə üzərindən sistemə göndərilməsi, əldə edilmiş məlumatların təhlil edilməsi və hesabatların hazırlanması planlaşdırılır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gürcüstanın Baş naziri Azərbaycana gəlir

Baydendən "oliqarxiya"nın yaranması barədə xəbərdarlıq

1,68 trilyon dollarlıq aktivləri olan- “Franklin Templeton”

Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Bakıda sahibkarın yarım milyon manata yaxın malları oğurlandı - Bacısı oğlanları saxlanıldı

Baş nazirdən hərbi xidmət yaşı ilə bağlı tapşırıq

Azərbaycan 12 ölkəyə mavi qaz satır

Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq

Əhalinin yanacaq xərci 400 milyon manata yaxın artıb - Rəqəmlər

Ötən ilə ən çox pul qazanan banklar - SİYAHI

Ötən ilə ən çox pul qazanan banklar - SİYAHI

Prezident "Rəqəmsal İnkişaf Konsepsiyası”nı təsdiqlədi

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat

Ukrayna Britaniya ilə 100 illik saziş imzalayacaq

Ölkəyə gətirilən pomidorda virus aşkarlandı

Nazirlik: Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

Keçən il Azərbaycanda iqtisadi artım 4%-dən çox olub

Sabah hava yağmursuz keçəcək

Bu sahədə xidmət haqqının yuxarı həddi təsdiqləndi

ABŞ məlumatları "Binance"dakı "balina"nı hərəkətə keçirdi - 6 mln dollarlıq alış!

ABŞ məlumatları "Binance"dakı "balina"nı hərəkətə keçirdi - 6 mln dollarlıq alış!

Pensiyalar nə qədər və nə vaxt artırılacaq? - Ekspert açıqladı

Heyvan və quş ətinin bu ərazilərdən Azərbaycana idxalına məhdudiyyət qoyuldu

Azərbaycanda orta aylıq əməkhaqqı 996 manata yüksəlib

Tehran və Moskva Rusiya qazının tədarükü və tranzitini müzakirə edəcək

ABŞ Məxfi Xidməti Trampın andiçmə mərasimi üçün özəl şirkət cəlb edib

Qazaxıstan TDT ölkələrinə yükdaşımaları sürətləndirmək üçün e-TIR informasiya sisteminin tətbiqini təklif edir

XRP-nin qiyməti 2018-ci ildən bəri görünməmiş səviyyələrə çatdı! Yüksəlişin səbəbləri nələrdir?

XRP-nin qiyməti 2018-ci ildən bəri görünməmiş səviyyələrə çatdı! Yüksəlişin səbəbləri nələrdir?

Azərbaycanlı sahibkarlar 550 milyon manata yaxın güzəştli kredit götürüblər

Aktivlərinin həcminə görə bankların renkinqi - 2024

Aktivlərinin həcminə görə bankların renkinqi - 2024

Kiçik biznesləri böyütməyən səbəblər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin