BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
14707

Dövlət Radio Tezlikləri İdarəsi “Antenn” Müstəqi Teleradio Kompaniyasını məhkəməyə verib. 

Valyuta.az Hit.az-a əsasən xəbər verir ki, məhkəmə çəkişməsinə səbəb müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. Artıq iyulun 9-na hazırlıq iclası təyin edilib.

Mətbuatda yayılan məlumatlara görə, “Antenn” Müstəqili Teleradio Kompaniyası Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevə bağlı şirkətdir. 

Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva “Digital Media” MMC-nin təsisçilərindən biridir. “Digital Media” MMC 20 avqust 2008-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Teymur Əliyev küçəsi 25 A-da yerləşir.

Milli Televiziya və Radio Şurasının 28 oktyabr 2008-ci il tarixli qərarı ilə “Digital Media” MMC-yə 105.5 MHz tezliyində yayımlanmaq üçün radio yayımına xüsusi razılıq (lisenziya) verilib. Şura qərarını “Digital Media” MMC-nin “digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına” malik olması ilə əsaslandırıb. Bu şirkət “Medya FM” radiosunun sahibidir.

Vergi Xidmətinin məlumatına görə, “Digital Media” MMC-nin digər iki təsisçisi Anara İbrahim qızı İsmayılova və Aysel Nazim qızı Əkbərovadır. Anara İsmayılova bu şirkətin ilk direktoru olub. Hazırda isə radioşirkətə Rüstəm Qədim oğlu Əliyev rəhbərlik edir.

Rüstəm Əliyev həm də “Antenn” Müstəqil Teleradio Şirkətinin direktorudur. Rəsmi sənədlərə görə, “Antenn FM” radiosunun təsisçiləri o və Rövşən Novruz oğlu Cavadovdur. Radio “Antenn 101 FM” yayıma 2000-ci ilin fevralında başlayıb. Radionun redaksiyası Azadlıq prospekti, ev 189 ünvanında yerləşir.

Rüstəm Əliyevlə Nigar Mehdiyevanın bir başqa ortaq sirkəti də var. Onlar “Abşeron Bio-Texnoloji” MMC-ni 2011-ci ildə yaradıblar. Bu şirkət innovativ bio-texnologiyalar sahəsində fəaliyyət göstərir və əsasən sənaye üsulu ilə bio-humus və bio-orqanik gübrə istehsal edir. Bio-humusun istehsalında əsas faktor soxulcanlardır. Bio-humus torpağın münbitliyini artırmaq üçündür. İstehsal fəaliyyəti Masazırdadır, şirkətin ofisi isə Bakıda Əhməd Rəcəbli prospekti, 181-də yerləşən biznes mərkəzindədir. Şirkətin istifadəsində Masazır gölünün yaxınlığında 30 hektar əkin sahəsi var.

Məlumatların təhlili göstərir ki, əslində Rüstəm Əliyevin adına olan şirkətlər Mehdiyevlərin nəzarətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ məlumatları "Binance"dakı "balina"nı hərəkətə keçirdi

Pensiyalar neçə faizlə indeksləşdirilib artırılacaq?

Heyvan və quş ətinin bu ərazilərdən Azərbaycana idxalına məhdudiyyət qoyuldu

Azərbaycanda orta aylıq əməkhaqqı 996 manata yüksəlib

Tehran və Moskva Rusiya qazının tədarükü və tranzitini müzakirə edəcək

ABŞ Məxfi Xidməti Trampın andiçmə mərasimi üçün özəl şirkət cəlb edib

Qazaxıstan TDT ölkələrinə yükdaşımaları sürətləndirmək üçün e-TIR informasiya sisteminin tətbiqini təklif edir

XRP-nin qiyməti 2018-ci ildən bəri görünməmiş səviyyələrə çatdı! Yüksəlişin səbəbləri nələrdir?

XRP-nin qiyməti 2018-ci ildən bəri görünməmiş səviyyələrə çatdı! Yüksəlişin səbəbləri nələrdir?

Azərbaycanlı sahibkarlar 550 milyon manata yaxın güzəştli kredit götürüblər

Aktivlərinin həcminə görə bankların renkinqi - 2024

Aktivlərinin həcminə görə bankların renkinqi - 2024

Kiçik biznesləri böyütməyən səbəblər

Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu

Prezident İlham Əliyev “Franklin Templeton” şirkətinin Baş icraçı direktoru və prezidentini qəbul edib

Azərbaycanda internetin sürəti artdı - 100%-ə yaxınlaşırıq

Azərbaycanda internetin sürəti artdı - 100%-ə yaxınlaşırıq

“Tarix yazan qəhrəmanlarımız” layihəsi davam edir®

Gürcüstanın xarici işlər naziri bu gün Azərbaycana səfər edəcək

Sənubər Nəzərova departament rəhbəri təyin edildi

"Microsoft" bu tarixdən ofis proqramları üçün dəstəyini dayandırır

Əhali "Azərbaycan Sənaye Bankı"ndan 17 milyondan çox depoziti geri çəkib

Mərkəzi Bankının baş direktoru Agentliyə sədr təyin olundu

Elektromobillərin xidməti haqqında danışılmayan vacib aspektlər

"Azər-Türk Bank" maliyyə vəziyyətini açıqladı - Faiz gəlirləri 71,5% artıb

"Azər-Türk Bank" maliyyə vəziyyətini açıqladı - Faiz gəlirləri 71,5% artıb

Bakının bütün mikrorayonlarında su kəsiləcək

Elmlər Akademiyası mühafizə xidmətinə yarım milyon ayırıb

Toya dəvət edilmək xərcdir, yoxsa yatırım?

Toya dəvət edilmək xərcdir, yoxsa yatırım?

Neftimizin qiyməti yenidən 85 dollara yaxınlaşır

Keçmiş prezidentlər Trampın andiçmə mərasimində iştirak etməyəcəklər

EBRD-nin Azərbaycan üzrə investisiya portfelinin həcmi 1 mlrd. manatı ötüb

Azərbaycanda ötən il 28 milyard kVt·st-dan çox elektrik enerjisi istehsal edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin