Sosial
25.06.2021 / 15:03
“Sosial şəbəkələrdəki etirazlar tamamilə əsassızdır” - Ali Məhkəmənin sədr müavini
14609
“Kənardan belə təəssürat yarana bilər ki, məhkəmələr öz gəlirlərini artırmaq məqsədini güdür. Ancaq elə deyil”.
“Report”un xəbərinə görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov parlamentin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə və “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, əsas dəyişikliklər yazılı icraat institutunun tətbiqi, məhkəməyə hazırlıq institutunun gücləndirilməsi, elektron məhkəmə sisteminin tətbiqi, müvəqqəti təminat tədbirlərinin görülməsi, İcrada dönüş institutunun yaradılması ilə əlaqədardır:
“Hesab edirəm ki, sosial şəbəkələrdəki qanunlara dəyişikliklərlə bağlı etirazlar tamamilə əsassızdır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay