Əlilliyin dəqiqləşdirilməsi üçün qarşıdakı 5 ay kifayət etməyəcək - Deputat
“Əlilliyin orqanizmin funksiyasının pozulmasına görə qiymətləndirilməsi zamanı meyarların cədvəlində olan xəstəliyə uyğun əlillik təyin olunacaq”.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.
Deputat bildirib ki, tək böyrəyin zədələnməsi xroniki böyrək çatışmazlığı 80% əlillik kimi qiymətləndirilir:
“Dərəcələr arasındakı qiymətləndirmə 1% aralığı ilə deyil, 5% aralığı ilə diferensiallaşdırılacaq. Əlilliyin müəyyən edilməsi meyarları layihəsi üzərində deputatların təklifi ilə iş aparılması müvafiq nazirliyə deyilib. Komitə hesab edir ki, əlillik meyarlarının dəqiqləşdirilməsi, icbari tibbi sığorta həkimlərinin treninqlərə cəlb edilməsi, proqram təminatının həyata keçirilməsi üçün qarşıdakı 5 ay kifayət etməyəcək”.
M.Quliyevin sözlərinə görə, qanuna edilən dəyişikliklərin 1 iyul 2022-ci il tarixindən qüvvəyə minməsi məqsədə müvafiq hesab edilib:
“Bu, Prezident Administrasiyasının müvafiq şöbəsi ilə də razılaşdırılıb. Əvvəl dəyişikliklərin 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulmuşdu”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay