ƏƏSMN: Yaşı 16-ya qədər 143 şəxsin adına əmək müqaviləsi var
Azərbaycanda 16 yaşa qədər adına əmək müqaviləsi bildirişi mövcud olan şəxslərin sayı açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Valyuta.az-a verilən məlumata görə, “Əmək müqaviləsi bildirişi” altsistemində 143 nəfər 16 yaşa qədər olan şəxsin adına əmək müqaviləsi bildirişi mövcuddur.
Qeyd edək ki, Əmək Məcəlləsinin tələblərinə əsasən 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır. Nazirlik yanında yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən daimi nəzarət həyata keçirilir və 15 yaşına çatmamış şəxslərlə əmək müqavilələri bağlanmasına yol verilmir.
15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən isə onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay