“Media haqqında” qanunun əsas məqsədi nədir? - AÇIQLAMA
Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Media haqqında” qanun layihəsinin hazırlanmasında əsas məqsədi açıqlayıb.
Valyuta.az xəbər verir ki, Əhməd İsmayılov APA-ya açıqlamasında bəzi məqamlara diqqət yetirib.
İcraçı direktor bildirib ki, yeni qanunun hazırlanmasında əsas məqsəd media sahəsində sistemləşmənin təşkil olunması, bunun üçün də media reyestrinin formalaşdırılmasıdır:
“Söhbət burada media subyektlərinin reyestrindən gedir. Media subyektlərinin reyestri demək olar ki, əvvəllər də Azərbaycanda mövcud olmuş çap mediasının uçotunun aparılması qaydasındakı vəziyyətlə eynilik təşkil edir. Sadəcə, fərq ondan ibarətdir ki, yeni qanun layihəsində nəinki çap mediası, eyni zamanda audioviziual media subyektləri və onlayn media subyektləri də eyni qaydada reyestrdə qeydiyyatdan keçməlidir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay